adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Mart 2019 23:14
31522
ƏDƏBİYYAT

Vaqif İSAQOĞLU: MƏNİM BU ŞƏHƏRDƏN QAÇMAĞIM GƏLİR

SALAM, ALTMIŞYAŞIM

Salam, altmışyaşım, xoş gördük səni,

Yerini yetmişəverəcəksənmi?

Gülləri soluxanömür bağımdan

Yetmişə bir çiçəkdərəcəksənmi?

Salam, altmışyaşım, xoş gördük səni,

Üzü qocalığagedirəm daha.

Əlimi qaldırıbşükr edirəm,

Açılan hər günə,mən hər sabaha.

Salam, altmışyaşım, xoş gördük səni,

Hər şey gözlərimdətərsinə dönər.

Altmışdano yana ömür talanar,

Ürəkdəcavanlıq həvəsi sönər.

Salam,altmış yaşım, xoş gördük səni,

Ömür-günqar kimi əriyib gedir.

Köçvaxtı bir az da yaxınlaşıbdı,

Əzrayılmənimlə yanaşı gedir.

Yolumhəkimlərə tez-tez düşəcək,

Buyaşda nəfəsin təntiməyi var.

Altmışil yolları yormuşam, bəli

İndidə yoracaq məni bu yollar.

Hərgün azalacaq gücüm, qüvvətim,

Əzrayılqovduqca can heydən düşər.

Şəkər,qan təzyiqi, ürək ağrısı,

Mənimlədost kimi gəlib görüşər.

Dahadüz yolda da zor düşər dizə,

Altmışyaş bığaltı üzümə gülər.

Altmışdano yana tor düşər gözə,

Altmışdano yana qocalıq gələr.


MƏNALTMIŞ YAŞIMA GƏLİBYETİŞDİM

Haqqınətəyindən tutdum dördəlli,

Yaşamaqistərəm hələ bir əlli.

Ömrümünhər anı Allaha bəli,

Mənaltmış yaşıma gəlib yetişdim.

Bilirəmömrümə daha az qalıb,

Beş-onpayız qalıb, beş-on yaz qalıb.

Görünneçə kitab qələmə alıb,

Mənaltmış yaşıma gəlib yetişdim.

Heçkimin önündə əyilməyərək,

Haqqaarxalanıb haqqı deyərək,

Halaladamlarla kəsib duz-çörək,

Mənaltmış yaşıma gəlib yetişdim.

Hərsəhər Günəşə əl edə-edə,

Qoymadımsıxıla ruhum tələdə.

Tanrıdərgahına yol gedə-gedə,

Mənaltmış yaşıma gəlib yetişdim.

Gedirdərgahına hər bir yol, Tanrım,

Sonugörünməyən sirdir yol, Tanrım,

Sənəminnətdaram, çox sağ ol, Tanrım,

Mənaltmış yaşıma gəlib yetişdim.

Dahason mənzilə çatır karvanım,

Sökürcan evimi ötən hər anım.

Birxoş gün görməyən ay yazıq canım,

Mənaltmış yaşıma gəlib yetişdim.

Keçilməzyollardan keçərək bəli,

Çəkilməzdərdləri çəkərək, bəli,

Ömrümüot kimi biçərək, bəli,

Mənaltmış yaşıma gəlib yetişdim.

Altmışil sabaha ümid eləyib,

Altmışil Allaha ümid eləyib,

Altmışil canımı un tək ələyib,

Mənaltmış yaşıma gəlib yetişdim.

Dahayollarımı qar alıb, ana!

Yamyaşılümidlər saralıb ana!

Yanınaköçməyə az qalıb, ana!

Mənaltmış yaşıma gəlib yetişdim.


LAYLAÇAL

Məndaha yarı canam,

Dərdəçətin dayanam.

Məzarındandur anam,

Dur,Vaqifə layla çal.

Könülevim sökülür,

Dərddən belim bükülür.

Gözümdənyaş tökülür,

Dur,Vaqifə layla çal.

Qalmışamyana-yana,

Naləmç

atıbhər yana.

Darıxıramay ana,

Dur,Vaqifə layla çal.

Xoşgündən uzağam mən,

Şaxtayam,sazağam mən.

Ayana, uşağam mən,

Dur,Vaqifə layla çal.


SƏNƏDEYİLƏSİ SÖZÜM VAR, ANA

Məzarınönündə durub qalmışam,

Səhərdənboynumu burub qalmışam.

"Qapını"neçə yol vurub, qalmışam,

Səsiməbir səs ver, nə olar, ana!

Sənədeyiləsi sözüm var, ana!

Yastığınnə yaman ağır olubdu,

Yatmaqdan sağböyrün yağır olubdu.

Qara bulud kimigözüm dolubdu,

Yayda da üstüməqar yağır, ana!

Sənə deyiləsisözüm var, ana!

Əllərin daşaltda qalıb, bilirəm,

Xəstəlik canınıalıb, bilirəm,

Yolunu uzağasalıb, bilirəm,

Fələk gülə-güləcan alar, ana!

Sənə deyiləsisözüm var, ana!

Səni səsləyirəmsəsimə səs ver,

Daha boğuluram,mənə nəfəs ver.

Söylə, soyuqdumuyatdığın bu yer?

Müqəddəs ocaqdıməzarın, ana!

Sənə deyiləsisözüm var, ana!

Altmışa çatıram,belim bükülür,

Ayağım titrəyir,əlim bükülür.

Can evimdağılır, daha sökülür,

Mənə də bir məzarqazılar, ana!

Sənə deyiləsisözüm var, ana!

Fələk qapımızınzəngini çaldı,

Sənli günlərimi əlimdənaldı.

İsti yay günləriarxada qaldı,

Payızdı, köçedir durnalar, ana!

Sənə deyiləsisözüm var, ana!


HƏLƏ ÜZÜM AĞDIALLAH YANINDA

Hələ bir ürəyə toxunmamışam,

Haram bir tikəyətoxunmamışam.

Bir qəmli nəğməyəm,oxunmamışam,

Hələ üzüm ağdıAllah yanında.

Yıxılan olandatutdum qolundan,

Ömrün son gününüdüşündüm hər an.

Heç zamançıxmadım haqqın yolundan,

Hələ üzüm ağdıAllah yanında.

Şeytanın qəlbinəyol salmadım mən,

Nəfsimə heçzaman qul olmadım mən.

Şeytan adamlara əlçalmadım mən,

Hələ üzüm ağdıAllah yanında.

Daşın da üstündəçiçək bitirdim,

Xeyrə əluzatdım, Şəri itirdim.

Təkcə bir Allahapənah gətirdim,

Hələ üzüm ağdıAllah yanında.

Haqqa bağlanmışamhaqqı sevəli,

Haqsızlıq önündəsusmadım, bəli.

Hələ çiynimdədirTanrının əli,

Hələ üzüm ağjıAllah yanında.

Mən ki, dərd etmədimdövləti, varı,

Qoruyub saxladımnamusu, arı.

Üz tutub gedirəmaltmışa sarı,

Hələ üzüm ağdıAllah yanında.


DAĞLAR

Həsrət sinədağımdı,

Solan ömür

bağımdı.

Daha kövrəkçağımdı,

Səsimə səs ver,dağlar!

Saçlarıma dəndüşüb,

Qəmdən, kədərdəndüşüb.

Ürəyim kökdəndüşüb,

Mənə həvəs ver,dağlar!

Göy inam, yerümiddi,

Saf ocaq,pir-ümiddi.

Hər daşın birümiddi,

Hər daşdan kəsver, dağlar!

Sızlayır köhnəyaram,

Bilmirəm yoxam,varam.

Gəlməsəm,boğularam,

Gəlim, nəfəsver, dağlar!


DƏYMƏZ

Ocaqda közyoxsa, külün dərdidi,

Bülbül uçub getsə,gülün dərdidi,

Adam var hər dərdielin dərdidi,

Adam var dərdinəyanmağa dəyməz.

Çalış yaxşılıqet, yerdə ha qalmaz,

Eldən uzaq düşəneldə ucalmaz.

Həyatda hər kəsəərk etmək olmaz,

Həyatda heç kimdənummağa dəyməz.

Sönməyəqoymaynan közü vaxtında,

Armud yetişəcəközü vaxtında.

Qana bilmədinsəsözü vaxtında,

O sözü sonradanqanmağa dəyməz.

Heç zaman ləlolmaz çaylaq daşından,

Duman əskikolmaz dağlar başından.

Ay Vaqif, pislərisil yaddaşından,

Pisləri düşünüb,anmağa dəyməz.


YAXŞILAR

Yağışa düşənin,qara düşənin,

Namərdin qurduğutora düşənin,

Çətinə düşənin,dara düşənin,

Hər an köməyinəgəldi yaxşılar.

Ağlayan gözlərinyaşını silib,

Getdiyiyollardan duman çəkilib.

Dərdlinin dərdiniöz dərdi bilib,

Ürəkdən kədərisildi yaxşılar.

Daşın da üstündəçiçək bitirib,

Xeyrə əl uzadıb,şəri itirib.

Hər kəsin qəlbinəsevinc gətirib,

Hər kəsləbirlikdə güldü yaxşılar.

Tanrının verdiyiən gözəl paydı,

Elin şöhrətini həryana yaydı.

Parlayan Günəşdi,nur saçan Aydı,

Qiyməti olmayanləldi yaxşılar.


MƏNİM BUŞƏHƏRDƏN QAÇMAĞIM GƏLİR

Ay Allah, çəkdiyimnə gündü burda,

Ömrümün hər günüsürgündü burda.

Qanmazı qanandanüstündü burda,

Mənim bu şəhərdənqaçmağım gəlir.

Heç kim haqqyoluna bir işıq salmaz,

Yaltaqlıq etməyənvallah ucalmaz.

Daha bu qədər dəhaqsızlıq olmaz,

Mənim bu şəhərdənqaçmağım gəlir.

Nə vaxtdıryolumu gözləyir dağlar,

Bəlkə bir də gəldio gözəl çağlar.

Mənim bu şəhərdənə ölümüm var,

Mənim bu şəhərdənqaçmağım gəlir.

Hanı mərdoğullar, ərlər, ərənlər?

Hanı yaxşılıqdançələng hörənlər?

Hanı kişi kimiömür sürənlər?

Mənim bu şəhərdənqaçmağım gəlir.

Bizimhaqqımızı kim yeyir Allah?

Haqsızlar haqqişi tez əyir, Allah!

Qanmazlar qananadərs deyir Allah!

Mənim bu şəhərdənqaçmağım gəlir.

Ay Vaqif,yazıqsan, çıx bu şəhərdən,

Tez ol, özköçünü yığ bu şəhərdən.

Allah da başaçmır bax bu şəhərdən,

Mənim bu şəhərdənqaçmağım gəlir.