adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Iyul 2018 13:10
63972
MÜSAHİBƏ

VAQİF ƏSƏDOVLA ATÜSTÜ SÖHBƏT

- Cənab polkovnik, siz heç vaxt kabinetinizdə rahat oturub iş görmürsünüz.Həmişə sizi elə ora-bura qaçan görmüşük. Yadımıza «Bəyin oğrulanması»ndakı Mirişobrazı düşür. Mirişin əlindən bir iş gəlmir, amma siz çox əziyyət çəkirsiniz...

- Mən kabinetdə oturan adam deyiləm. Uzun müddətdir ki, bir-birimizi yaxşıtanıyırıq. Yəni bu iş elə işdir ki, gərək kütlənin, cəmiyyətin arasında olasan...

- Əlbəttə, xalqın arasında olmaq polisi insanlara daha çox sevdirir. Eləsizi də camaata, insanlara sevdirən məhz bu xüsusiyyətlərdir. Sözün açığı, VaqifƏsədov hər dəfə televiziya kanalında çıxış eləyəndə çoxları ona öz doğması, əzizikimi baxır…

- Elə mənim özüm də insanlara öz yaxınım,əzizim kimi baxıram. Hər hansı bir adamı maşın vuranda, yaxud da o qəzaya düşəndəsanki öz doğmalarıma nəsə olur.

- Bu günlər sosial şəbəkədə bir görüntü yayıldı. Bakının Ziya Bünyadov prospektindəkitunelin birində bir neçə gənc maşını saxlayıb şampan partladırdılar…

- Təbii ki, sosial şəbəkədəyayılan hər bir görüntü yol polisi tərəfindən araşdırılır və aydınlaşdırılır. Əgərorda görünənlər öz təsdiqini tapırsa, bu barədəqanunauyğun ölçü götürülür. Hadisəni törədən istər vəzifəli şəxsin övladıolsun, istərsə də hər hansı sadə insanın. Fərqi yoxdur, əgər yol hərəkəti qaydasıkobud surətdə pozulubsa, mütləq o, inzibati və cinayət məcəlləsinə cəlb ediləcək.

- Bizi də təəccübləndirəno yayılan görüntüdə deyilənlərə görə, şadyanalıq eləyənlər məmur övladlarıdı. Sizdə deyirsiniz ki, kimliyindən asılı olmayaraq, qanunu pozanlar məsuliyyətdən kənardaqalmır…

- Çox vaxt müxtəlif saytlarvə elə sosial şəbəkələrin özündə hər hansıməlumatı yayarkən sensasiya axtarırlar. Guya həmin hadisəni törədənlər də məmuruşaqlarıdır. Amma onların heç biri vəzifəlişəxsin övladı deyil.

- Vaqif müəllim, bəs kiminövladıdır onlar?

- Bax, bu sualı hələ indiyəkimi heç kim bizə ünvanlamayıb. Birnci dəfədi siz deyirsiniz, mən də onu obyektivcavablandırıram. Ziya Bünyadovdan «20 Yanvar»a gedən tuneldə avtomobillərin qarşısınıkəsib şadyanalıq eləyənlər köhnə avtomobil və elektrik hissələrinin satışı ilə məşğulolan gənclərdir.

- Bəs həmin gənclər bu qədərözlərinə arxayındırlar ki, yüz hoqqadan çıxırlar? Tuneldə maşınların hərəkətinəmaneçilik törədib şampan partladırlar?

- Bayaq dedim axı, onlarxırda maşın hissələri alveri ilə məşğul olan cavanlardı. Tuneldə də çox qalmayıblar.Cəmi 25-30 saniyə vaxt keçiriblər. Elə bu müddətdən sonra yol açılıb. Həmin uşaqlarbəyin dostları olublar.

- Adam lap məəttəl qalır.Əgər sosial şəbəkələrdə yayılanlara inansaq, onlar çox varlı, imkanlı adamlarınövladları olublar…

- Necə imkanlı adamın övladıdılar?Bu uşaqlardan üçü toyda geyindikləri kostyumu mağazalardan icarəyə götürüblər. Puluolan adam gedib heç vaxt toyda geyinmək üçün kostyum icarəyə götürməz...

- Deyəsən, iki daşın arasındaaçılıb partladılan şampan elə o uşaqların özünün başında partlayıb...

- Biz araşdırmadan sonra onların on ikisini axtarıb tapdıq. Hər bir gənctörətdiyi kobud yol hərəkəti qaydası pozuntusuna görə, məsuliyyət daşıyır. Məsələn, onlardan beşi məhkəmənin qərarı ilə20 sutka azadlıqdan məhrum edilib. Eyni zamanda, bir il sürücülük hüququ məhdudlaşdırılıb.

- Yəqin bu cür inzibati tədbirlərin görülməsi zaman-zaman öz nəticəsini verəcəkdir.

- Sizə bir sirr açım. Heç vaxt inzibati tədbirlərlə hər hansı problemi tamamilə aradan qaldırmaq mümkündeyil. Hər bir şey maariflənldirməyolu ilə öz həllini tapır. Əgər bu uşaqlarınbir qədər savadı, heç olmasa hüquqi bilgisi olsaydı, başa düşərdilər ki, tuneldə tıxac yaratmaq açıq-aydın cəmiyyətə hörmətsizlikdeməkdir. Bunun hüquqi dildə adı avtoxuliqanlıqadlanır. Yəni sən cəmiyyətə hörmətsizlik eləməklə yanaşı, digər insanların əsəbləriləoynayırsan…

- Hər halda, sizin müxtəlifteleviziya kanallarında tez-tez yol hərəkəti qayadaları ilə bağlı söhbətlərinizbu və ya digər dərəcədə hərəkət iştirakçılarının maariflənməsinə, savadlanmasınaxidmət eləyir...

- Buna söz ola bilməz. Heçvaxt sərt cəzalarla bayaq dediym kimi, hər hansı cinayətin qarşısını almaq mümkündeyil. Məsələn, İranda oğurluq eləyənin əlini kəsirlər, narkotika satanı edam edirlər.Amma görürsünüz, yenə orda oğurluq da olur, narkotika satan da tapılır. Deməli,bunun həlli yolu yalnız və yalnız insanların savadlanmasından və maariflənməsindənkeçir.

- Savad dediniz, yadımasizin çoxlu sayda televiziya söhbətləriniz, eyni zamanda yol polisinin piyadalarlabağlı keçirdiyi reydlər düşdü. Nə qədər əziyyət çəkirsiniz, söhbətlər aparırsınız,yenə piyadalar yolu təyin olunmamış yerdən keçir və bu zaman maşınla vurulurlar.Görünür, artıq maarifləndirmə də hərəkət iştirakçılarını bu yoldan döndərə bilmir…

- Mən sizinlə burda razılaşa bilmirəm. Çünki piyadavurma halları apardığımızmaarifləndirmə və təbliğat işləri nəticəsində əvvəlki vaxtlarla müqayisədə xeyliazalıb. Amma yenə digər hadisələrlə müqayisədə piyadavuram halları çoxdur.

- Bax, görürsünüz, bizim dediyimiz fikrin üstünə qayıdırsınız…

- Sizin söylədiyiniz fikrə hörmətlə yanaşıram. Ancaq gəlin onunla razılaşaqki, qaydalara əməl edən piyadalar da az deyil. Amma qaydalara əməl etməyən piyadalardaha çoxdur. Son vaxtlar qırx minə yaxın piyada yolu təyin olunamamış yerdən keçdiyinəgörə, iyirmi manat məbləğində cərimə ediliblər.

- Amma Vaqif müəllim, noolsun, aldığımız məlumata görə, cərimə olunan piyadalarınçoxu o pulu ödəmək istəmirlər və boyun qaçırırlar…

- Düzdür, belə hallar var və biz onu gizləmirik. Artıq onun da həlli yollarıtapılıb. Əgər kimlərsə o cərimələri ödəmirsə, hər hansı xarici ölkəyə gedən zamansərhəd keçid məntəqəsində problem yaşamalı olacaq. Ona görə də hər bir piyada qanunupozduğuna görə, yazılmış cəriməni mütləq ödəməlidir.

- Bu yaxınlarda eşitdik ki, nəqliyyat vasitələrinin yüksək sürətlə idarəedildiyi Bakı yollarında piyadaların o yolu qanunsuz keçməsi nəticəsində səksənmanat məbləğində cərimə edilməsi nəzərdə tutulub.

- Bəli, düz eşitmisiniz. Qanuna əlavə olunmuş yeniliyə əsasən hərəkət sürətininsəksəndən artıq olduğu yerlərdə təyin olunmamış yerdən keçmək istəyən piyada qırxmanat cərimə ödəyəcək.

- Üzr istəyirəm, heç iyirmi manatı bəzi piyadalar ödəmək istəmirlər, o kiqala səksən manat ola?!

- Birincisi, hər bir hərəkət iştirakçısı zəhmət çəkib yolun təyin olunmuşyerindən, yerüstü və yeraltı keçiddən istifadə etməlidir. Əgər hərəkət iştirakçısıtəyin olunmamış yerdən keçirsə və o yolda da hərəkət sürəti səksəndən yuxarıdırsa,təbii ki, qanunu pozduğuna görə, həmin piyada haqqında xidmət aparan yol polisielektron protokol tərtib edəcək. Protokol tərtib olunduqdan sonra isə mütləq cərimə ödənilməlidir. Yaxşı olardıki, yol hərəkəti qaydasını piyada pozmasın və yol polisi də onu heç cərimələməsin.

- Deyəsən, hərəkət iştirakçılarının qanını qaraldan söhbəti çox uzatdıq.İndi də bir qədər nikbin notlar üstündə söhbətimizi davam etdirək. Yaxşı olar ki,hərəkət iştirakçıları ilə yol polisi arasında çox yaxşı və səmimi ünsiyyət yaradılsın.

- Biz bu ünsiyyəti həmişə yaratmışıq, yaradırıq və yaradacağıq. Bu barədədaxili işlər naziri, general-polkovnik cənabRamil Usubov da kollegiya iclaslarında dəfələrlə söhbət açıb. Bizim qarşımızda birvəzifə kimi qoyulub ki, yol polisi insanlarla daha səmimi, mədəni davranmalıdır.Və biz də həmişə çalışmışıq ki, buna əməl edək. Tapşırığa əməl etməyənlər təbiiki, məsuliyyətdən kənarda qalmırlar.

- Cənab polkovnik, siz həm də mətbuatın, jurnalistlərin, elə millət vəkili,qəzetimizin təsisçisi Aqil Abbasın dostusunuz. Söhbət düşəndə həmişə səmimi deyirsinizki, məndən və Aqil Abbasdan çox televiziyada çıxış eləyən yoxdur. Biz danışmaqdanyorulmadıq, amma insanlar da dediklərimizə əməl etməkdən yorulmadılar…

- Hamı bilir ki, mən nə dərəcədə səmimi adamam və heç vaxt boğazdan yuxarıdanışmamışam. Jurnalistlər məni nə qədərçox istəyirsə, mən də onları onlardan da çox istəyirəm. Siz də bilirsiniz ki, mənimkabinetimin qapısı nəinki jurnalistlərə, bütün insanlara açıqdır. Çünki mənim xalqdan,millətdən gizli sirrim yoxdur. Mətbuat günü münasibəti ilə mən bütün jurnalistləri təbrik eləyirəm. Xüsusən də dostumvə qardaşım Aqil Abbası və onun rəhbərlik etdiyi kollektivə öz təbriklərimi göndərirəm.Deyirəm ki, Allah sizi qorusun, qələminiz həmişə iti olsun! Və həmişə də haqqın,ədalətin yanında olasınız!..


Söhbəti yazdı: Faiq QİSMƏTOĞLU