adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Yanvar 2020 08:32
17595
GÜNDƏM

VAQİF ƏSƏDOV İŞDƏN ÇIXARILIB?

Sözün düzü, bu xəbəribir çox saytlarda və sosial şəbəkələrdə oxuyandan sonra çox narahat oldum.Hansı ki, "Ədalət” qəzeti olaraq biz yeni il qabağı Vaqif Əsədovla çox maraqlımüsahibə hazırlayaq qəzetimizdə dərc etmişdik. Üstəlik də yanvarın 10-da təsadüfənpolis polkovniki Vaqif Əsədovla "Azərbaycan” nəşriyyatının qarşısındarastlaşdıq, müsahibəyə görə, rəhbərliyə və bizə öz minnətdarlığını bildirdi.İkincisi də "Ədalət” qəzeti olaraq düz 20 ilə yaxındlr ki, biz Vaqif Əsədovla hərəkətintəhlükəsizliyi ilə bağlı layihələr həyata keçirdik. Elə bir həftə olmaz ki, cənabpolkovniklə ən azından Bakı şəhər yolpolisi ilə əlaqədar telefon danışığımız olmasın. Sözün açığı, bir dost vəyaxın yazar olaraq bu xəbəri oxuyandan sonra təəssüf hissi keçirdim. Ona görə dəhəmin məlumatlara və eləcə də guya saytların yazdığına görə, Daxili İşlərnaziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Dövlət YolPolisi İdarəsinin əməkdaşlarının hamısı sərəncama götürülüb məlumatına bir dahaaydınlıq gətirmək istədik. Təbii ki, bütün bu məsələlər çox ciddi və dəqiqləşdirməyəehtiyacı olan məlumatlardı. Ən azından ona görə ki, hər hansı xəbəri, özü dəciddi xəbəri qəzet səhifəsinə çıxarmamışdan öncə DİN-in, Bakı Şəhər Baş Polisİdarəsinin, eləcə də Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin mətbuat xidməti iləəlaqə yaratmaq olardı və onların fikrini öyrəndikdən sonra cəmiyyətə buinformasiya ötürülə bilərdi.

Çox təəssüf ki,bəzi saytlar və qəzetlər ucuz reytinq xətrinə bəzən əsl həqiqəti yox,dezinformasiyanı üstün tuturlar. Bu isə çox böyük ajiotaja və narahatlığa gətiribçıxarır. Ona görə də bir daha bu məsələyə aydınlıq gətirmək üçün Bakı ŞəhərDövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polispolkovniki Vaqif Əsədovla əlaqəsaxladıq. O, yayılan məlumatlara aydınlıq gətirərək dedi:

- Birincisi, cənabnazirimizin belə bir əmri olmayıb ki, əməkdaşlarımız sərəncama götürülsün.İkincisi də, yaş həddiylə əlaqədar olaraq polis polkovniki Nuşirəvan SəfərovBakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsindən azad edilərək təqaüdəgöndərilib. Və onun yerinə yeni rəis təyin edilib. Eyini zamanda, Bakı ŞəhərYol Patrul Xidməti Alayının komandiri də vəzifəsindən azad edilərək sərəncamagötürülüb. Onun yerinə Malik İbrahimov cənab nazirin əmriylə Yol Patrul XidmətiAlayının komandiri vəzifəsinə təyin edilib. Bax, bizdə olan dəyişikliklərbundan ibarətdir.

O ki, qaldı mənimləbağlı yayılan xəbərlərə, yaxşı bilirəm ki, bu qeyri-dəqiq məlumatdan mənə hörmətedən, məni tanıyan adamlar çox narahat olublar. Əgər rəhbərlik mənə desə ki,işdən getməlisən, elə həmin an ərizəmi yazıb çıxaram. Amma siz zəng edən zamanmən iş başındayam və burdan da durub gedəcəm televiziyada çəkilişə. Başqa sözlədemiş olsaq, biz tapşırılan işi icra edirik və vəzifə də əbədi deyil. Bu gün buişi mən görürəm, sabah ola bilər bu vəzifə başqasına tapşırılsın və o gəlibtapşırılan işi icra etsin. Heç kim əvəzedilməz deyil. Amma əsl həqiqət odur ki,hər hansı informasyanı hazırlayanda sosial şəbəkədə yayanda və satlarda verəndə onu dəqiqləşdirmək lazımdır.Bütün jurnalistlər də yaxşı bilir ki, Vaqif Əsədov mətbuat üçün açıq adamdı vəmənim mobil nömrəmi əksər kütləvi informasiya vasitələrinin əməkdaşları yaxşıbilirlər. Bir zənglə bu məlumatı dəqiqləşdirə bilərdilər. Sadəcə olaraq, bəziləriucuz reytinq xətrinə bu cür dezinformasiyalar yayır və yol polisinin fəaliyyətinəkölgə salmaq istəyirlər. Amma mənim mətbuatda çoxlu sayda jurnalist dostlarımvar. Bəlkə də heç bir mətbuat xidmətinin rəhbərinin bu qədər dostu yoxdur. Odostların narahatlığını hiss etdim və çox sağ olsunlar ki, mənimlə məlumatlarıdəqiqləşdirdilər və əsl həqiqətləri cəmiyyətə çatdırdılar.