adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Aprel 2018 14:39
18869
MARAQLI

Valideynləri tərəfindən atılan məşhurlar

Hamımız üçün məşhur insanların taleyi, həyat yolu maraqlıdır. Onların bəzilərinin həyatı sirrli qalsa da, əksər hallarda onların özlərinin dilinsdən bu sözləri eşidirik: "Həyatım keşməkeşli yollardan keçib". Kimisi üçün bu keşməkeş kasıblıqdan, kimisi üçünsə doğmalarını itirməkdən ibarətdir. Bu yazıda valideynləri tərəfindən atılan məşhurları tanıyacaqsınız.


Stiv Cobs

1955-ci il fevralın 24-də San Fransiskoda dünyaya gəlib. Anası Coanne Şieble,atası Əbdülfəttah Candali Viskonson Universitetinin aspirantları idi. Onlarınrəsmi nikahı olmadığı üçün övladlarını uşaq evinə verməyə məcbur olurlar. KörpəPaul və Klara Cobs tərəfindən övladlığa götürülüb. Onlar uşağa Stiv adınıqoyublar. Klara mühasib, Paul isə sahil mühafizə xidmətinin veteranı vəmaşinist idi.

Stivə texnologiyanı məhz ögey atası Paul sevdirib. Onlar evin qarajındasaatlarla hansısa aləti söküb, yığırdılar. Bu, Stivdə artıq bir hobbiyəçevrilmişdi. Texnikaya olan bu istək, həvəs gələcəkdə Stiv Cobsu "Apple”şirkətinin qurucusu edir. Yeri gəlmişkən, Stiv 27 yaşında biolojivalideynlərini tapır. Onda Əbdülfəttah politologiya üzrə professor, Caanne isəloqoped idi. Cütlük artıq evlənmişdi və Mona adlı bir qızları da vardı. Mona dasonralar Amerikanın yazıçılarından biri olur.

Nikol Riçi

Nikol Riçi bəziləri tərəfindən məşhur müğənni Laynl Riçi və Brendanın qızıolaraq tanınır. Amma həqiqət elə deyil. Nikol əslində Laynl Riçinin orkestrindəçalışan bir cütlüyün qızıdır. Nikolun ailəsi onu üç yaşına qədər böyüdüb, dahasonra maddi durumları yaxşı olmadıqları üçün dostları müğənninin himayəsinəveriblər. Nikol 9 yaşına çatanda, yəni Riçi cütlüyü boşanmadan bir il əvvəlrəsmi olaraq məşhur müğənni tərəfindən övladlığa götürülüb.





Con Lennon

Con dünyaya gələndən dərhal sonra valideynləri ayrılmışdı. Amma sonra yenidənevlənmişdilər. Culiya kəbin mərasiminə gecikmişdi. Çünki yolda kinoya baxmaqistəmişdi. Dörd il sonra əri Alfred onları qoyub gedir. Nə vaxtsa qayıdacağınasöz verərək… Balaca Conu xalası Mimi saxlayır, tərbiyə edir.






Koko Şanel

Dünyadakı ən məşhur qadın dizayner 1883-cü ildə Samurda dünyaya gəlib. 5 uşaqlıbir ailəsi olub və ailənin maddi durumu yaxşı olmayıb. 12 yaşında atası onuəvvəlcə bir uşaq evinə, sonra katolik monastrına, daha sonra da yatılı birinternat məktəbinə göndərib. Kokonun dediyinə görə, yaşadıqları onu bu peşəniseçməyə məcbur qoyub. Çünki həyatı boyunca ancaq boz rəngli bir məktəbliforması geyinmək məcburiyyətində olmuşdu.


Ray Liotta

Rayın bioloji valideynləri onu rədd edib, çünki bir uşağı saxlamaqməsuliyyətini üzərlərinə götürməyiblər. Zəngin bir italyan ailə tərəfindənövladlığa götürülən Rayın bir bacısı var.








Jamie Foxx

Məşhur aktyor Jamie Texasda Lusi Dixon və Darrell Bishopun ailəsində dünyayagəlib. Doğuşdan qısa müddət sonra ailəsi Jamieni övladlığa verib. Yeni ailəsiona sənəti sevdirib. Pianoda ifa etməyi öyrədib.