adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Iyun 2019 17:44
28418
ƏDƏBİYYAT

Valideynlər hər zaman xeyirxah olurlar!

Ales Karlyukeviç

Belarus

Tanınmış Belarus yazıçısı Ales Karlyukeviç uşaqlar, həmdə böyüklər üçün yazır. İbrətamizdir. Onun əsərləri dünyanın bir çoxölkələrində, ö cümlədən, Azərbaycanda çap olunub. Ales Karlyukeviç həm dəAzərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür, Minskdə tez-tez Azərbaycanədəbiyyatı və mədəniyyəti ilə bağlı Layihələr həyata keçirir. Onun"Maksimkanın Vətəndə və digər ölkələrdə sərgüzəştləri" və "Su ömrü”kitablarını "Mütərcim" nəşriyyatı "Dünya uşaq ədəbiyyatı"seriyası ilə mənim tərcüməmdə çapdan buraxıb. Ales Karlyukeviçin nağıl vəhekayələrinin əsas ideyası və mövzusu Vətən sevgisidir, valideyn-övladməhəbbətidir, doğma torpağın fauna və florasına olan diqqət və qayğı, təbiətinmühafizəsi, insan və təbiət münasibətləridir.Qeyd edək ki, Ales Karlyukeviçuzun müddət jurnalistika sahəsində çalışmış, Belarus Yazıçılar İttifaqınınMinsk vilayəti üzrə sədri, "Zvezda" parlament və hökumət qəzetininBaş redaktoru və Nəşriyyat direktoru olmuşdur. Hazırda o, Belarusun İnformasiyanazirdir. 50-yə yaxın kitab müəllifidir,onun hekayələri dərsliklərə salınır. Aşağıda müəllifin uşaqlar üçün yazdığı"Valideynlər hər zaman xeyirxah olurlar” hekayəsini rus dilinə Belarusuntanınmış yazıçısı Oleq Jdan tərcümə edib. Hekayənin rus dilindən tərcüməsini təqdim edirəm.

Kamran Nəzirli


hekayə

Natalya Vikentyevnanın ovqatı həddən artıq yaxşıydı.Onun rektor qayğıları yaxşı nəticələr vermişdi. O həm də Avropanın "ən yaxşıriyaziyyatçılarından biri” adını qazanmışdı.Bu xəbəri ona bir az öncə Frankfurtdakı həmkarı xəbər vermişdi.Almaniyada ənənəvi olaraq dünyanın riyaziyyatçıları üzrə cəbr müsabiqəsikeçirilmişdi; müsabiqəyə görə ya sanballı mükafat, ya da bu və ya digər mötəbəruniversitetin fəxri professoru yaxud akademiki titulu verirdilər.

Elm sahəsində ixtisası üzrə lider olmaq! Məgər NatalyaVikentyevna bütün ömrü boyu buna çalışmamışdımı?! Və görünür, elə buna görə dəəri Anatoli Sergeyeviçlə birlikdə bircə uşaq – sevimli oğlan uşağıböyütmüşdülər. Yeri gəlmişkən, o da riyaziyyatçıydı; doğrudur, aspiranturadansonra namizədlik dissertasiyasını müdafiə edən İqnat başladı sahibkarlıqlaməşğul olmağa. İşləri də uğurla alınırdı. Ana və ata oğulla çox da fərəhlənəbilmirdilər. Onlar üçün əsas məsələ təkcə oğlanlarının uğurlu həyat qurması deyildi.Axı İqnat tez evlənmişdi. Arvadının adı da Natalya idi. Gülərüz kəndli qızıydı,tibb universitetini "qırmızı diplom”la bitirmişdi. İşləri də pis getmirdi.Bundan başqa Natalyayla İqnatın üç uşağı vardı. Belarusun məşhur riyaziyyatçıprofessoru tez-tez ərinə deyirdi:

-Gör nə yaxşı uşaqlardı! Sağolsunlar, həm işə, həm uşaqlara, həm də ailəyə vaxt çatdırırlar.

-Bizim əvəzimizə planıartıqlamısyla doldururlar,- deyə Anatoli Sergeyeviç gülürdü.

Xoşbəxt baba və nənə nəvələrinə xüsusilə çox böyüksevgiylə yanaşırdılar; doqquz yaşlı İqoru, altı yaşlı Vyaçeslavı və üç yaşlıMariykanı həddən artıq çox istəyirdilər. Nəvələrini mümkün qədər ərköyüncəsinəəzizləyirdilər. Elə fürsət düşən kimi şəhərə gedir, uşaqlara nəsə bir hədiyyəalırdılar. Vaxt tapan kimi gedirdilər oğlanlarına, gəlinlərinə, nəvələrinə başçəkməyə.

Bu gün də şənbə günüydü, Natalya Vikentyevna nahardansonra universitetdən tələsik çıxdı, hələ səhərdən evdə büküb hazırladığıbəxşişləri götürüb düz sevimli nəvələrinin yanına getdi. Qadın balaça uşaqmeydançası olan kottecə yaxınlaşarkən özşəxsi peşə sevincini belə unutmuşdu. Lakin ötən şənbə Mariykanın tələffüzelədiyi yeni sözləri yadında saxlamışdı. Bu dəfə də düşündü ki, Mariykadanyaxşı aktrisa çıxacaq. Axı qızcığaz özünü göstərməyi sevir, dil-dil ötür,istiqanlı və səmimidir. "Əlbəttə, görünür, onun yaşındakı bütün uşaqlar eləbelə olur”, Natalya Vikentyevna öz-özünəpıçıldadı.

Kottecin giriş qapısını açmaq üçün nənənin öz açarıvardı, buna görə də zəngi basmadı, qapını açıb içəri girdi...Elə dəhlizdəcə hərşeyi anladı: nəsə bir iş var, nəsə olub! Qonaq otağına boylandı, Slaviki gördü.Küncə çəkilib oturmuşdu, qaşqabağını tökmüşdü. Əriştə salxımları, bişmiş yer kökününqırmızı dilimləri onun qıvrım saçları üstünə tökülmüşdü. Adamın lap iştahası dagəlirdi. Görünür, bunlar şorba qazanından çıxmışdı. Əlbəttə, belə bir mənzərəgülməli də deyildi. Mətbəxdən gəlini boylandı, hirsliydi, sanki ciddi nəsə başvermişdi. Nənə sevimli gəliniylə tələsik salamlaşdı, nəvəsinə yaxınlaşıbsoruşdu:

-Slavik, noolub, əzizim?

Görünür münaqişə artıq bitmişdi, gəlinsakit-sakit danışırdı:

-Yemək istəmir! Nə qədər yalvar-yaxar edirəm, xeyri yoxdu, rədd edir,boşqabını da itələyir. Halbuki özü istəmişdi şorba bişirim!- Natalyagülümsündü,- bax elə buna görə də bütün qazanı onun başına tokdüm! Qoy bilsin!Görk olsun!..

- Yaxşı ki, boşqabı çırpmamısanuşağın başına! Yoxsa kəlləsində boşqabın qırıntıları da qalardı!- NatalyaVikentyevna bir qədər üzünü turşutdu.

Nənə gətirdiyi hədiyyə bağlamalarınıstulun üstünə qoydu, qətiyyətlə əlavə elədi:

-Slavik, hazırlaş, mənimbalam! Gedirik bizə! Əgər səni bu evdə sevmirlərsə, bizə gedirik! Bir azdanbaban balıq tutmaqdan qayıdacaq. Səninçün qəşəng balıqlar qızardacam...

Bu evdə NatalyaVikentyevnanı heç vaxt belə əsəbi görməmişdilər. Gəlin heç bilmədi nə desin.Sükutu birinci Slavikin özü pozdu.

-Nənə, mən heç yerəgetməyəcəm. Bir azdan atam işdən qayıdacaq. Biz də İqorla birlikdə hovuzagedəcəyik, məşqə. Valideynləri isə hər zaman sevmək lazımdı. Onlar üçünçətindi. Onlar əsəbiləşəndə belə, xeyirxah olurlar.. Xüsusilə mənim anam kimi...

Natalya Vikentyevna vəgəlin təəccüblə bir-birinə baxdılar, onların üzünə xəfif təbəssüm qonmuşdu.

Tərcümə etdi: Kamran Nəzirli