adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Yanvar 2019 11:13
45922
LAYİHƏ

Valideyn dedi ki, uşağım oxumasa, döy! – DƏRS OTAĞI

"Dərs otağı” adlılayihə sayəsində müəllimlərimizin həyat hekayətləri, müəllimlik fəaliyyətləri,şagirdlərlə münasibətlər, yaşadıqları çətinliklər haqqında öyrənə biləcəksiniz.Biziyetişdirən və cəmiyyətə qazandıran müəllimlərin həyatına işıq tutan layihədə"uşaqların şəhəri"nə də bərabər səyahət edəcəyik. Bu dəfəki qonağımız İsmayıllı rayonu Mücü kəndininriyaziyyat müəllimi Tünzalə Zöhrabzadədir.


Qısa tanışlıq

1996-cı il 12 yanvar tarixində İsmayıllı rayonunun Xankəndi kəndində doğulmuşam.2001-ci ildə Xankəndi kənd tam ortaməktəbin I sinfinədaxil olmuş, 2012-ci ildə həmin məktəbi bitirmişəm. 2012–2016-cı illərdə Azərbaycan Dövlət PedaqojiUniversitetinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisası üzrə təhsil almışam. Hal-hazırda İsmayıllırayonu Mücü kənd ümumi orta məktəbində riyaziyyat müəllimi işləyirəm.

Pilot olmaq arzusu

Atam uzun illərdir, riyaziyyat müəllimi işləyir. Ailəmizdə həmişə müəllimliyəböyük hörmət olub. Amma mən pilot olmaq istəmişəm. Uşaqlıqda məni ən çox həyəcanlandıranşey özümü təyyarə sükanı arxasında təsəvvür etmək olub. Amma müəllimliyi seçməyimbaşqa səbəbdən oldu. 10-cu sinifdə oxuyarkən kəndimizə gözəl, savadlı, mehribangənc bir qız Azərbaycan dili və ədəbiyyatı müəllimi olaraq gəldi. Onun həyatı mənənağıl kimi gəlirdi, evindən uzaq ucqar bir kəndə bizə dərs deməkçün gəlmişdi.Ondan sonra başladı məndə müəllimlik sevgisi, riyaziyyatı seçməyimdə isə, əlbəttəki, atamın rolu böyük oldu, çünki uşaqlıqdan riyaziyyatı mənə çox sevdirmişdi.

İlk dəfə eləbu il İsmayıllı rayonunun Mücü kəndində başladım dərs deməyə. Bu kənd mənə çoxdoğmadır, uşaqlıq illərimi xatırladır mənə. Bura anamın doğulub böyüdüyüyerdir.

Kənd yoxsa şəhər?

Kənd məktəbləri təhsilin səviyyəsi baxımından məncə şəhər məktəblərindəndaha irəlidədir. İşlədiyim məktəb təzə tikilib. Mərkəzi istilik sistemi olsa da,siniflər kifayət qədər isinmir. İnternet, elektron lövhə və s. bu kimiimkanlarımız məhduddur. Amma bu çatışmazlıqlara baxmayaraq, çox səmimi birkollektivimiz var. Kollektivimiz, əsasən, gənc müəllimlərdən ibarətdir,aramızda çoxlu mübahisələr yaransa da, məncə bu, daha həvəslə işləməyimizə təkanverir. Bacardığımız qədər internetə çıxışı olmayan şagirdlərimizi hər mövzudanxəbərdar etməyə çalışırıq. İşıqlar sönəndə zəngin vaxtını bir-birimizəxatırladırıq və s.


Uşağım oxumasa, döy!

Şagirdlərimləsəmimi olmağa çalışıram, istəyirəm, məni də özlərindən biri olaraq görsünlər,əlçatmaz biri kimi yox. Hər mövzuda onlarla söhbətləşirəm, çalışıram, nəsəproblemləri olanda çəkinmədən danışa biləcəkləri bir adam olaraq görsünlərməni. Uşaqları döymək mənə görə yolverilməzdir, bəzən əsəbiləşdirib qışqırtdıqlarıolur, amma döymək əsla. Hətta olub ki, valideyn özü deyib ki, uşağım oxumasa,döy. Amma mənə görə şagirdi döymək müəllimin acizliyidir, şagird dərsioxumursa, deməli, ya fənni, ya müəllimi sevmir. Döymək yox, sevdirmək lazımdır.

Hələ kiməktub yazan olmayıb, amma arada sevgilərini göstərməkçün kiçik süprizləredirlər.

Dörd aydır, müəllim kimi işləyirəm, belə əslində hər gün uşaqlarla maraqlı hadisələryaşayırıq, amma indi ağlıma heç biri gəlmir. Əsasən, bir aya yaxındır, VIsinifdə mənfi ədədləri keçirik, onların çaşqınlığı məni güldürür, mənfiişarəsiylə çıxma işarəsinin eyni şey olduğunu onlara izah etməkçün xeyliəziyyət çəkdim.

Hər yoldan keçənə "müəllim” deməklə...

Bilmirəm,bəlkə də, mənim təsəvvürüm yanlışdır, amma məncə hələ də kənd məktəblərindəmüəllimə hörmət qalır, şəhər məktəblərində niyə əksi baş verir, səbəbinibilmirəm, açığı. Cəmiyyət olaraq özümüz ucuzlaşdırmışıq müəllim adını, həryoldan keçənə "müəllim” deməklə, qohum-əqrəbadır deyə tədris etdiyi fəndən heçnə anlamayanları müəllim olaraq işə almaqla. Nə yaxşı ki, son dönəmlər TəhsilNazirliyinin müəllimlərin işə qəbulu imtahanları keçirilir, ən azından özüm dəiştirak etdiyimçün şəffaflığına şübhəm yoxdur. Və əlavə olaraq ucqarlara tətbiqolunan həvəsləndirmə müəllimliyə marağı əvvəlki illərdən qat-qat çox artırıb.Ümid edirəm, bütün bunlar müəllimin nüfuzunun yüksəlməsinə müsbət təsirgöstərər.

Hər şeyməktəbdən başlayır, müəllim uşağın savadının təməlini qoyan kəsdir.Ümumiyyətlə, təkcə bilik, savad yox, məktəb mühiti uşaqların tərbiyəsində mühümrol oynayır. Müəllimlik müqəddəs peşədir, çünki yaxşı müəllim heç vaxtunudulmur, hələ də bayramlarda, ad günündə atama şagirdləri müxtəlif yerlərdənzəng vurub təbrik edirlər, halbuki, illərdir, məktəbi bitiriblər.

Dərsdən əlavərepetitorluqla məşğul olmuram. Kənddə qalmıram deyə buna vaxtım olmur, ammaəgər orda qalası olsaydım, təmənnasız məşğul olardım, onlar mənim ümidlərimdir.

Bəzən dəcəl, dərsi bölməkistəyən şagirdlərlə də rastlaşırıq, müəllim onları ələ almağı bacarmalı, dərsiistədiyi kimi yönləndirə bilməlidir, bəzənsə bunlar əsəbiləşmədən başa gəlmir.Bir də təbaşirlə işləyirik deyə paltarlarımız ağappaq olur. Başqa bir problemhələ ki yaşamamışam.

Açığı bunun üçün dərslərdənimkan qalmır, amma boş vaxtımız olanda onlara bədii əsərlər oxumağı məsləhətgörürəm, hansı əsərləri oxuya biləcəklərini və s. Çalışıram, onları ədəbiyyatlatanış edim.

Ümid edirəm, uşaqlar bu yazınıtapıb oxumayacaqlar. Hər bir şagird doğmadır, təbii ki. Amma mütləqdir ki,içlərindən biri daha doğma gəlir adama. Mənim də belə bir qızım var – Firəngiz.VIII sinifdə oxuyur, keçənlərdə deyir ki, müəllim, mən də riyaziyyat müəllimiolmaq istəyirəm. Onu eşidəndə sevincdən uçmağa bircə qanadlarım çatmırdı. 


Xatırladıqları müəllim olmaq istəyirəm…

Təkcə müəllim yox, kəndyerində ümumiyyətlə, qadın olmaq çətindir. Çalışıram, qız şagirdlərimlə bumövzuda çoxlu söhbətlər aparım ki, öz hüquqlarını bilsinlər, sırf qız olduqlarıüçün hüquqları tapdalanmasın. Mənim də təbii ki, bir qadın olaraq problemlərimçox olur, bunlara problem deməzdim, dedi-qodular deyərdim. Ki mən bunlaraəhəmiyyət vermirəm, özüm nə olduğumu, nə istədiyimi, niyə burda olduğumubilirəm, o mənə yetir. Qadın hüquqlarına gəldikdə isə bu barədə kollekivlə dəçox müzakirələrimiz olur, məncə əslində hamı hər şeyin fərqindədir, sadəcə,hamı kimisə düşünərək yaşayır. Bir zamanlar qadının şalvar geyinməsinə də pisbaxılırdı, bir azdan digər məsələlər də adi görünəcək. Çalışıram, bir müəllimkimi şagirdlərimə nümunə olum, özlərini heç kimə əzdirməsinlər, necəistəyirlərsə, elə də yaşasınlar kimlərisə, nələrisə düşünmədən. Ümid edirəm,onların heç vaxt unutmayacağı, həmişə sevgiylə xatırladıqları biri olaram.