Valeh Ələsgərov: “Heç bir dövlətin ərazisindən keçən kəmərdən asılı olmaq olmaz”
"Heydər Əliyevin iradəsi sayəsində Azərbaycan ən əlverişli şərtlərlə "Əsrin müqaviləsi”ni imzaladı. Xalq öz sərvətlərindən yararlana bilirsə, həmin sərvətinin sahibidir”.
Bunu Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşdə "Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda çıxış edən Milli Məclisin sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib.
Valeh Ələsgərov deyib ki, Bakı- Novorossiysk kəməri yox idi, Novorossiyskdən Bakıy aagələn kəmər vardı: "1999-cu ilin aprelində Bakı-Supsa kəməri işə düşdü, həmin ilin noyabrında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı sənəd imzalandı. Hətta dostun, qardaşın olsa da, bir dövlətin ərazisindən keçən kəmərdən asılı olmaq olmaz. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə biz bu gün Qazaxıstan neftini də ixrac edə bilərik”.
Milli Məclisin sədr müavini nəzərə çatdırıb ki, Azərbaycan bu gün dünyada həm də tranzit, nəqliyyat imkanlarını təqdim edən ölkə kimi tanırır : "Enerji təhlükəsizliyi dedikdə həm də Azərbaycana daxil olan vəsaitlərdən söhbət gedib. Ötən illər ərzində "Əsrin müqaviləsi”ndən mənfəət nefti hesabına Azərbaycana 130-140 milyard dollara yaxın vəsait daxil olub. Bu gün Azərbaycanın enerji cəhətdən – benzin, qaz, elektrik baxımından heç bir problemi yoxdur ”.(ONA)
Digər Xəbərlər
02 May 2024 16:33
Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
02 May 2024 16:08Azərbaycandan dünyaya sülh, təhlükəsizlik çağırışları
02 May 2024 16:04Aqiyə Naxçıvanlı: “Azərbaycanın təcrübəsi bir çox ölkələrdə mədəniyyətlərarası dialoqun qurulması və qorunması məqsədilə istifadə edilə bilər”
02 May 2024 16:02Prezident SƏRƏNCAM İMZALADI: Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
02 May 2024 13:32