Vahid Əhmədov: “Söhbət yüz, iki yüz manatdan getmir”
"Söhbət yüz, iki yüz manatdan getmir, amma Hesablama Palatasıbnın üzvlərinin maaşları millət vəkillərinin əmək haqlarından artıq olmamalıdır”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçriilən iclasında deputat Vahid Əhmədov deyib.
O, bildirib ki, millət vəkillərinin maaşı məsələsi əsaslı-əsassız şəkildə son zamanlar gündəmi zəbt edib: "Bu məsələ ətrafında hələ də müzakirələr, söz -söhbətlər davam edir. Amma hesab edirəm ki, bu məsələdə də ədalətsizliyə yol vermək olmaz. Eyni zamanda düşünürəm ki, Hesablama Palatası üzvlərinin maaşları millət vəkillərinin əmək haqlarından artıq olmamalıdır və ola da bilməz. Necə olur ki, Hesablama Palatası Milli Məclisin qurumu olduğu halda, amma onun üzvlərinin maaşları millət vəkillərinin əmək haqlarından artıqdır? Bu, düzgün deyil. Burada da söhbət yüz, iki yüz manatdan getmir, məsələyə ədalətli yanaşmadan gedir”.
Digər Xəbərlər
26 Aprel 2024 21:53
İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41QƏRƏZLİ QƏTNAMƏLƏRİN YEGANƏ SƏBƏBİ QARABAĞI AZAD ETMƏYİMİZDİR
26 Aprel 2024 19:00