adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Dekabr 2022 13:37
282
DÜNYA

Uzaq Şərqdə SOS: Rusiya Kurilə “Bastion”, Yaponiya uzaqmənzilli  hipersəs  yerləşdirdi 

Politoloqların təhlilinə görə, artıq başlamış olan 3-cü dünya müharibəsində ən qorxunc bir qarşıdurma reallaşmaq üzrədir. Çünki Yaponiya artıq Rusiyanın “güc nümayişinə” seyrçi qalmaq istəmir.

Bu ilin aprelində Yaponiya 19 ildən sonra ilk dəfə olaraq Kuril adalarını qanunsuz işğal olunmuş ərazi adlandırdı. Təqdimatda qeyd olundu ki, Kuril adalarının cənub hissəsi “Diplomatiyanın Mavi Kitabında” Rusiya tərəfindən qanunsuz işğal olunmuş ərazidir.
Təbii ki işğalçılığı adi-sıradan hal kimi qəbul etmiş Rusiya administrasiyası bu iddiaya qəzəblə reaksiya verdi.
Hələ əvvəlki illərdə Kurildə yerləşən hərbi bazalar, Arktikadakı 4 hərbi bazadan sonra burada yeni bazalar tikilmişdi.


Yaponiyanın iddiasından sonra Rusiya Kuril adalarında daha da möhkəmlənməyə cəhd etdi. 2016-cı ildə Rusiya Sakit okean donanması “Bal” və “Bastion” raket kompleksləri İturup və Kunaşir adalarında, 2020-ci ildə S-300 V4 hava hücumundan müdafiə sistemlərini şimal rayonlarda, 2021-ci ildə Matua adasında yerləşdirib və ilk dəfə döyüş növbətçiliyinə başlamışdı.


Bir neçə gün əvvəl isə “Bastion” raket kompleksləri Paramuşir adasında yerləşdirdi.
Bundan başqa Yaponiya hökumətinə qədər etiraz etsə də Rusiya iyul ayında Kuril adalarının cənub və şimal rayonlarında geniş hərbi təlimlərə başladı. Bu arada Ukrayna Rusiyanın Kuril adalarını rəsmən Yaponiya ərazisi kimi tanıdı.

Növbəti təlim isə sentyabrın 1-dən 7-dək Rusiyanın Şərq Hərbi Dairəsinin 7 poliqonunda baş tutdu. “Vostok-2022” adlı təlimlərində Çin, Hindistan, Qazaxıstan, Belarus, Əlcəzair və digər dövlətlər və 50 mindən çox hərbçi iştirak etdi
Bu isə beynəlxalq arenada Yaponiyanın ərazisinə bir təhdid olaraq qiymətləndirildi.

 



Adalet.az Rusiya mediasına istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi ölkənin şimalındakı Hokkaydo və cənub-qərbindəki Kyuşu adalarına 1000 km-ə qədər mənzilli hipersəs silahları yerləşdirəcək.
Ölkəsinin ən ucqar ərazilərini qorumaq üçün hələ 2018-ci ildən bu cür hipersəs silahlarının hazırlanmasını davam etdirən Yaponiya 2026-cı ilə qədər quru özünümüdafiə qüvvələrinin tərkibində iki yeni bölmə yaratmaq niyyətindədir. Onlar ballistik raketlərin buraxılması üçün nəzərdə tutulmuş qurğuları idarə edəcəklər. Yaponiyanın bu addımından sonra Rusiyanın daha aqressiv addım atmayacağına isə heç kim zamin dura bilməz. Beləcə, münaqişə gün-gündən dərinləşməyə doğru irəliləyir. 


Qeyd edək ki, Kuril adaları Kamçatka yarımadası ilə Hokkaydo adası arasında 56 adadan ibarət adalar qrupudur. Vvulkan mənşəli olan bu adalar 10500 km² əraziyə malikdir. II Dünya müharibəsi başlayarkən, birlikdə müharibəyə girmək istəməyən tərəflər - Rusiya və Yaponiya 1941-ci ildə bitərəflik haqqında saziş imzalayırlar. Lakin 1945-ci ildə ABŞ-ın əvvəlcə Xirosima, daha sonra isə Naqasakiyə atom bombası atmasından sonra Rusiya bitərəflik haqqında sazişi pozaraq Yaponiyaya qarşı müharibəyə elan edir. Məğlub olacağını anlayan Yaponiya Potsdam bəyannaməsini imzalayaraq müttəfiq qüvvələrə təslim olur. Bundan sonra Yaponiyanın bütün torpaqları müttəfiq qüvvələr tərəfindən ələ keçirilmişdir. Müttəfiq qüvvələr belə qərara gəlirlər ki, Yaponiya, ABŞ, Tayvan, Çin, Saxalin və Kuril adaları isə Sovet İttifaqı müstəmləkəsinə çevrilsin.

Bundan cəsarətlənən SSRİ ən böyükləri - Xabomay, Şikotan, Etorofu və Kunaşir olan adalardan ibarət adalar qrupu - Kurili ələ keçirir. Bu hadisələrin baş verməsindən günümüzə qədər olan dövrdə tam həll olunmayan bu məsələ İkinci dünya müharibəsindən sonra Yaponiya və Rusiya arasında razılaşma olmasına maneçilik törətmişdir.


Əntiqə Rəşid