adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Oktyabr 2017 12:03
174145
RUBRİKA

Uşaqlıqda gördüyüm yuxu daima məni izləyir... - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların,hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşənbir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unudabilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşanadamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar,ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər,sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaqinsanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir,qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanalizZiqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır.Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki yazarRövşən Danyeridir. Adalet.az müsahibəni təqdim edir.


-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzularıntəhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

-Yuxu məsələsində hələki ən dolğun məlumatıFreyd verib. Düzdür onun da səhv etdiyi məqamlar olub. Amma hər halda yuxu iləbağlı ümumi fikirlərin formalaşması və inkişafı Freydlə bağlıdır. Təbii ki,Freyd də bu yuxu yozumlarını xalqdan götürdüyünü deyirdi. O, xalqın yuxularamünasibətini daha da təkmilləşdirərək öz yeni tezisini yaratmışdı. Dinin dəyuxuya öz baxışı var. Ancaq bunlar digər dini ehkamlar kimi sübuta yetiriləbilmədiyi üçün mənə görə əssassızdır. Yuxu insanın birbaşa həyatı, yaşayışı iləbağlıdır. İnsan yuxuları vasitəsilə gələcəyini görə bilər. Ancaq bizimanladığımız mənada yox.


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuyagörə planlarınızı qurursunuz?

-Yuxular həyatıma xüsusi bir təsirgöstərmir. Sadəcə ola bilsin səhər oyanarkən bir neçə dəqiqə gördüyüm yuxununabu-havasında olum. Ancaq bayaq da dediyim kimi Freydə görə yuxular vasitəsilə gələcəyigörmək olur. Bunun bizim bildiyimiz mənada mistika ilə aidiyyəti yoxdur. İnsanyuxusunda gördüyü hər hansı elementi düzgün təhlil etsə, məsələn böyrəyinindoğru işləmədiyini anlaya bilər. Bununla da o, böyrəyinin bir müddət sonraağrıyacağı qərarını verə bilər. Beləcə də həyatı və özü ilə bağlı müəyyənyozumlar ortaya qoya bilər.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-Yuxudan sonra yuxu barəsində çoxfikirləşməməyə çalışıram. Ancaq bəzən olur ki, insanı silkələyən, düşünməyəvadar edən yuxular olur. Sadəcə mən istər Freydin istərsə də, müasir elmin yuxuyozumlarının hamısı ilə tam tanış deyiləm deyə gördüyüm yuxuların yozumunaçalışmıram. Çünki bilirəm ki, səhv qərar verə bilərəm. Bu da gündəlik həyatımdaqərarlarıma təsir göstərə bilər.


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-Yuxuların mistikasına inanmıram. Düzdürbəzən olur ki, yuxular insanı elə dolaşığa salırki, bu barədə düşünməyəbaşlayırsan. Ümumiyyətlə insan dünyadakı varlığının səbəbini həmişə axtarır. O,həyatda hansısa xüsusi missiyası olduğuna inanır. Buna görə də öz həyatındamistik çalarlar qatmağa çalışır. Məncə yuxulara mistik dəyər yükləməyimizin dəsəbəbi budur. Ancaq yuxu yetərincə texniki məsələdir və insan beyninin –şüuraltısının məhsuludur. Yəni yaşadığın günlük həyata uyğun olaraq da yuxugörürsən.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Adətən yuxuları tezliklə yaddan çıxardıramdeyə, bunun statistikasını aparmağa imkan olmur. Kimsə yuxum çin oldu deyəndəvə buna ürəkdən inananda şübhə ilə yanaşıram. Çünki bu ən yaxşı halda təsadüf,ya da insanın özünü yuxuya kökləməsindən başqa bir şey deyil.


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxuhansılardır?

-Uşaqlıqdan gördüyüm bir yuxu var. Bu yuxuməni uşaqlıq xatirəm kimi daima izləyir. Uşaqlıqda həmişə özümü tamaşanınkulisində görərdim. Tamaşa mənə bir o qədər maraqlı gəlməzdi, amma kulisdəolmaq, oranın abu-havasını tutmaq çox xoşuma gəlirdi. İndi də uzun aralarla daolsa, bu yuxunu görürəm. Tez-tez müsahibə almaq üçün teatrların kulislərindəoluram, öz yuxudakı uşaqlıq arzumu bu yolla reallaşdırdığımı düşünürəm.


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələbilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür.Siz necə düşünürsünüz?

-Məncə bütün insanlar yuxunu ağ-qara görür.Ancaq onu rəngli yozanlar var. Bu mənada mənim də yuxularım rənglidir. Başqacür yuxularım çox darıxdırıcı olardı və mən tez yuxudan oyanardım.


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-Bu barədə konkret nəsə demək çətindir. Çünkihansısa doğmamı yuxuda gördüyümü xatırlamıram. Təbii ki, bu zaman-zaman başverir. Ancaq mütəmadi olaraq gördüyüm bir kimsəm yoxdur.


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıqolan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrıbir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Yuxu dünya deyil, sadəcə bizim dünyamızınbir parçası, kiçik bir hissəsidir. Bir növ ayıq ikən etdiklərimizin, yatarkəntəhlil edildiyi bir məkandır. Necə yaşayarsansa, elə də yuxu görərsən. Buradasənin narahatlıqların, sevgin, gələcək planların, səhvlərin və özünə belədeməkdən çəkindiyin qorxuların var. Mən yuxu ilə gerçəklik anını görmüşəm. Bunubir dəfə yaşamışam. Necə yuxuya getdiyimi anbaan hiss etmişəm. Ümumiyyətlə ayıqyatdığım üçün Heraklın dediyi o iki "aləm”i eyni anda duya bilirəm.


-Dahi yazıçılardan, rəssamlardan,filosoflardan kimləri yuxunuzda görmüsünüz?

-Son dövrlər ümumiyyətlə heç yuxu görmürəm. Yəqin ki, bu yorğunluqəlamətidir. Çünki belə bir fikir var ki, hamı hər gün yuxu görür. Sadəcə bəzənonu xatırlamaya bilərsən.


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

-Məncə yuxu bizi həqiqətə çatdırmır, ancaqyuxunu düzgün yozsaq, yuxu bizə həqiqətin – özümüz haqqında bilməli olduğumuzhəqiqətin açarını verər, yol göstərər.Bu baxımdan yuxu hisslərimizi, digərlərinə qarşı hiss etdiklərimizi tam mənadadərk etməkdə böyük kömək edir. Yuxusunu tam anlayan insan kamil insandır.