adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Avqust 2017 13:34
29237
ƏDƏBİYYAT

Uşaqlığı işğal olunmuş Adam

Bilmirəm, sizdə necədir, amma mən hərdən eləinsanlarla qarşılaşıram ki, onların nə vaxtsa doğulduğunu yox, yarandığınıdüşünürəm. Mənə elə gəlir ki, o insanlar tarixin hansısa unudulmuş qatında, özüdə elə bu boyda, bu biçimdə, bu xarakterdə, həm də bütün yaşadıqları iləbərabər yaranıblar. Və o anı kimsə görməyib, o andan kimsənin xəbəri olmayıb.Bir səhər hardansa, özlərinin belə unutduqları hansısa ilkin məkandansa qopubyaşadığımız cəmiyyətə düşüblər. Ən diqqətçəkəni də budur ki, onlar heç vaxtözlərini tanıtmağa ehtiyac duymayıblar, ona görə ki, o insanları hamı lapəvvəldən çox yaxşı tanıyıb.

Mən o insanların haçansa danışmağı, yeriməyibacarmayan, nəvazişə, qayğıya möhtac körpə olduqlarına da inana bilmirəm. Hərkəsin rəğbətlə, sevgiylə, bəzən də qorxu və çəkingənliklə yanaşdığı o insanlar,məncə, elə ətrafındakıları qorumaq üçün yaranıblar.

Çox zaman məndə bu təsəvvürlər gözlərinə baxmağaçəkindiyim, ehtiyat elədiyim insanlarlabağlı yaranır. Elə bu yazıda haqqında söhbət açacağım Adam kimi...

Bir müddətdir, öz içimdə o Adama "Uşaqlığı işğalolunmuş Adam” deyə səslənirəm. Təbii, o özü bunu bilmir. Sizin kimi o da buyazı ilə xəbər tutacaq.

Bəs niyə uşaqlığı işğal olunmuş Adam?

Onunla dörd il öncə Azərbaycan Yazıçılar Birliyindətanış oldum. Ədəbiyyata ilk addımlarını atan hər bir gənc yazar kimi mənim dəüz tutacağım ünvan bəlli idi - BirliyinGənclərlə iş üzrə katibi Rəşad Məcid.

Sahil bağında dayanıb qarşımda ucalan binayabaxıram. Bir əsrlik tarixi özündə əks etdirən binanın əzəməti mənim içəri daxilolmadan geri dönməyimə bəs edərdi. Amma bir anlıq özümdə cəsarət tapıb binanıngiriş qapısından içəri addım atdım. Məni Rəşad müəllimin yanına göndərəntanışım onun haqqında nə qədər "mülayim adamdır”, "istedadlı gənclərə hər zamandayaq olur” desə də, adın və vəzifənin vahiməsi məni bürümüşdü. Qorxa-qorxaqapıçıdan Rəşad müəllimin otağını soruşdum. "İkinci mərtəbədədir” – dedi...

İkinci mərtəbəyə qalxar-qalxmaz otaqlardan birindənzəhmli kişi səsi eşitdim. Kiməsə tapşırıq verirdi. Ürəyimdə arzuladım ki,nolar, bu səsin sahibi Rəşad müəllim olmasın. Bir yandan da içimdən bir səs"onun səsidir” deyirdi. İçimdəki səslə istəyimin mübahisəsini dinləyə-dinləyəotağa yaxınlaşdım. Mübahisənin qalibi içimdəki o çoxbilmiş pıçıltı oldu: həminzəhmli səs elə onun səsi idi. Söz vaxtına çəkər, yay ayı olduğundan otağınqapısı açıq idi. Dəhlizdə dayanıb otağa boylandım. Qarşısındakı vərəqə nəsəyazan adam bunu hiss edib başını qaldırdı. Bir neçə saniyə mənə baxıb yenə ozəhmli səsi ilə dilləndi:

- Gəl görüm, bala.

Qorxa-qorxa otağa girdim. Yer göstərdi. Oturdum.Mən nə qədər təcrübəsiz, cəsarətsiz idimsə, qarşısında oturduğum adam da bir oqədər rahat, nə edəcəyini, nə deyəcəyini bilən adam idi. O dəqiqə hiss olunurduki, bu otağa belə qorxa-qorxa girən nə birinci adamam, nə də sonuncu olacağam.

Bir neçə dəqiqəlik söhbətimiz əsnasında kimolduğumu, gəlişimin məqsədini dedim. Gözlədiyimin əksinə, səmimi və bir az dayumorlu sualları, danışığı ilə həyəcanımı nisbətən azaltmışdı.

O gündən bu insanın dəstəyini, köməyini, diqqətinihiss etdim.

Onu şair və jurnalist statusunda - AzərbaycanYazıçılar Birliyinin katibi və "525-ci qəzet”in baş redaktoru kimi tanımışam.Düşünmüşəm ki, Rəşad Məcid elə bu statusunda, zəhmli səsi, şax duruşu ilə, özünündə dediyi kimi, xarakterindəki təzadlarla yaranıb. Onun nə zamansa uşaqolduğunu, həmyaşıdlarıyla birgə top qovub futbol oynadığını, kiminləsə əlbəyaxadava elədiyini ağlıma da gətirməmişəm. Mən bilən, uşaqlıq illəri ilə bağlı heço özü də nə vaxtsa mətbuata geniş danışmayıb, müsahibələrində həmişə bu mövzuyamümkün qədər az toxunmağa çalışıb.

Onun uşaqlıq illəri ilə bağlı fikirlərinə ilk dəfəNaxçıvan səfəri haqqında yazdığı "Naxçıvanın sirri” essesində rast gəlmişəm: "...Ağbulaqda olanda, o yerlərin sirlisükutuna dalanda məndə qəribə bir əminlik yarandı: bu qeyri-adi ovqat məni çoxuzun müddət tərk etməyəcək!Orada yaşadığım duyğular mənə hər nə qədərrahatlıq gətirsə də, yaddaşım üçün sanki bir "həyəcan siqnalı"olmuşdu. Nələrisə xatırlamağa çalışır, bu hüznlü, ancaq son dərəcə munis, doğmaauranın kökünü axtarırdım. Onun qaynağını üzə çıxarmaq üçün hafizəmin üstə-üstəqalanmış laylarını ələk-vələk edirdim.

Nəhayət, yaddaşımüzümə güldü, xatırladım və anladım ki...

Axı, mən özüm dəoraların çox yaxınında doğulmuşam! Ağbulağın, Batabatın gündoğan səmtində,Laçın rayonunun Ağoğlan-Kosalar kəndində dünyaya gəlmişəm! Dünyayla birincitəmasım, təbiətlə ilk tanışlığım Ağbulağa, Batabata çox bənzəyən, həttaoralarla birəbir eyni olan səfalı yurd yerində gerçəkləşib! Bu da məlumhəqiqətdir ki, insan yaşa dolduqca, doğulduğu yerlərin təbiəti, ab-havası onudaha çox çəkir. Deməli, Ağbulaq istirahət mərkəzində olarkən keçirdiyim xoşhisslərin, duyduğum əlçatmaz rahatlığın kökü bu həqiqətə bağlıymış”.

Bir dəfə də onunuşaqlıq illərinə bir televiziya verilişində ötəri toxunduğunu görmüşəm.Aparıcının "Uşaqlığınız necə keçib” sualına yığcam cavabında üç yerin adınıçəkmişdi: doğulduğu Laçın rayonu, orta məktəbə getdiyi Ağdam və uşaqlıq çağınınən gözəl xatirələrinin ünvanı olan Şuşa! Adları çəkilən hər üç rayon,aşağı-yuxarı 25 ildir, işğal altındadır. Bu 25 ildə təkcə Qarabağ - Azərbaycanərazilərinin 20 faizi yox, həm də Rəşad Məcid kimi minlərlə insanın uşaqlığı,xatirələri də işğal olunub. Bu acı, çox acı gerçəyə haqqında danışdığım o televiziyamüsahibədə bir daha əmin oldum.

O müsahibənidinləyəndə istər-istəməz utandım. Hamı kimi onun da nə zamansa uşaq olduğunaşübhə elədiyimə, inana bilmədiyimə gərəutandım. Mənə elə gəldi ki, bir insanın ömrünün ən gözəl zamanlarını, ənxoşbəxt günlərini zorla əlindən almışam. Özümü cinayət üstündə yaxalanmış oğrukimi hiss elədim. Mənim oğurladığım bir insanın xatirələri idi. Axı, mən necəbu qədər ədalətsizlik eləyə bilmişdim? Ta mənim o işğalçılardan nə fərqimvardı? Onlar torpaqları, mən bir insanın uşaq olmaq haqqını əlindən almışdım.

Ancaq onu dinlədikcəgördüm ki, ədalətsiz olan mən yox, ədalətsiz olan həyatdır - Rəşad Məcidi, onunkimi minlərlə insanın o qayğısız illərini əlindən alan, qəlbini bu qədərkövrək, simasını bu qədər sərt eləyən də elə odur. Rəşad Məcidin özünün dədediyi kimi, insan yaşa dolduqca, doğulduğu, dünyayla ilk dəfə tanış olduğuyerlərə can atır, oraların havasını, suyunu istəyir. Onunsa həmin o doğmayerlərdən uzaq düşməsinin yaşı çoxdur, lap çox – az qala, ömrünün yarısı qədər...

"Hərdən beynimin rahat, sakit olan ən nadirzamanlarında gözlərimi yuman kimi yay tətillərində getdiyim, nənəmgilinLaçındakı evini, uşaqlığımı, ağacların altında mütəkkələri düzüb uşaqlarlabirgə oynamağımızı xatırlayıram”.

Adətən deyirlər ki, qarabağlıların yaxşı səsi,musiqi duyumu olur. Rəşad müəllimdə bunların heç biri yoxdur. Ağdamda beş iltar məktəbinə getsə də, özünün dediyinə görə, musiqi yaddaşının olmamasıucbatından musiqi təhsili yarımçıq qalıb. Müsahibələrindən birində bu barədəbelə deyir: "Qarabağlı olsam da, səsim yoxdur. Bunun özü də qəribə bir haldır.Ancaq düşünürəm ki, qarabağlılıq məndə özünü ədəbiyyata sevgidə, şeiryaddaşımın itiliyində göstərib”. Bu fikirləri oxuya-oxuya düşünürəm, elə yaxşıki, Rəşad müəllim ədəbiyyat, söz adamı olub.

Elə həmin söhbətindən öyrənirəm ki, sən demə, Rəşadmüəllimin çap olunan ilk şeiri "Cıdır düzü” adlanırmış. 17 yaşında "Azərbaycangəncləri” qəzetində Xalq şairi Hüseyn Arifin "Uğurlu yol”u ilə çap edilən buşeir dostları, tanışları arasında səs-küyə səbəb olur. Qonum-qonşu, tay-tuşlarıəllərində qəzet "Rəşadın şeiri çıxıb” deyə-deyə məhləboyu gəzirmişlər...

Arzularının çoxuna çatdığını deyən Rəşad Məcidin ənböyük istəyi torpaqlarımızın işğaldan azad olunması, doğulduğu yerləri -Laçını, ən gözəl xatirələrinin ünvanı olan Şuşanı bir daha görməkdir. Özü belədeyir. Əslində, bu, hər bir azərbaycanlının arzusudur. Ancaq Rəşad MəcidinLaçın arzusu, Ağdam həsrəti, Şuşa sevgisi, Qarabağ nisgili təkcə birazərbaycanlının vətəninə qovuşmaq arzusu yox, həm də uşaqlığı işğal olunmuşAdamın öz uşaqlığını işğaldan azad etmək istəyidir. Elə Rəşad müəlliminmüsahibəsində dediyi bir fikrin alt qatında həm də bu arzu dayanır: "O qədəryuxumda Azərbaycanı bütöv, tam görmüşəm ki...”

Ürəyi ilə Allaha bağlı olan, onu sevən RəşadMəcidin "cənnət” deyiləndə ilk ağlına gələn məkanın "nənəsigilin kənddəki bağı”olması da təsadüfi deyil, məncə. Bu, uşaqlığından qopa bilməyən sərt görünüşlüAdamın içində, qəlbinin ən dərin gizlinində saxladığı kövrək duyğuların səslənişi,hıçqırtısıdır.

Rəşad Məcidi uzaqdan tanıyanlar, ünsiyyətdəolmayanlar, bəlkə də, onun nə zamansa kövrəlib ağlaya biləcəyini heç ağıllarınada gətirməzlər. Mənə görəsə, bəlkə də, o, hamımızdan çox kövrəlir, hamımızdançox qəhərlənir, hamımızdan çox ağlayır. Amma səssiz-səmirsiz, öz içindəkövrəlib ağladığından o göz yaşlarını heç birimiz görə bilimirik. O, həmYazıçılar Birliyini katibi, baş redaktor, həm dost-sirdaş, həm ata, həyatyoldaşı, baba, həm də bir nəslin ağsaqqalı, güvənc yeridir. Yağışa, fırtınaya,zəlzələyə, hər cür fəlakətə baxmadan dağlar öz yerində necə dimdik, əzəmətlədayanırsa, Rəşad Məcid kimi adamlar da həyatın bütün zərbələrinə baxmayaraq,eləcə ayaqlarının üstündə möhkəm dayanmağı bacarırlar. Bəs, o fırtına dağıheçmi üşütməz, o fəlakət canını heçmi yandırmaz? Əlbəttə, üşüdər, həttaiçin-için dondurar, buz bağlayar, canı yanar, acıdan, ağrıdan qovrular, ammahər dəfə bir az da sərtləşər, hər dəfə bir az da öz dayandığı yerdən bərk-bərkyapışar – ona ümid yeri kimi baxanların, kürəyini ona söykəyənlərin xatirinə...

Yəqin kənardan ona baxıb, "Rəşad Məcidə bundansonra nə lazımdır ki? Vəzifəsi var, adı-sanı var, hörmət-izzəti də özyerində...” deyənlər də az deyil. Uzaqdan, əlbəttə, hər şey parıltılı, rahat,qayğısız görünə bilər. Amma bir mahnıda deyildiyi kimi: "Siz mənim nələr çəkdiyimihardanbiləcəksiniz?” İlk baxışdan bir az sərt, bir az laqeyd çöhrəli bir insanınköksü altında gəzdirdiyi ipək kimi yumşaq, uşaq kimi kövrək qəlbindən keçənlərianlamaq, dərk eləmək üçün o duyğuları, heç olmasa, bircə kərə yaşamaq, yaşayabilmək lazımdır. Bacarırsınızsa, "uşaqlığı işğal olunmuş Adam”ınuşaqlığını xilas edin, xatirələrini qaytarın. Əmin olun ki, ona bundan başqaheç nə lazım deyil!