adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Aprel 2019 19:06
12801
ƏDƏBİYYAT

Uşaqlar üçün yeni macəra kitabı gəlir

Yazıçı Reyhan Yusifqızının uşaqlar üçün yeni macəra kitabı nəşr olunub.

Kulis.azməlumat verən müəllif bildirib ki, kitab "Uzaq planetin sirri” adlanır: "Uzaq X planetindəki həyat və süni zəka – insan qarşıdurmasından bəhs edir. Robotun hissləri varmı? Robot əsl dost ola bilərmi? Yaxın gələcəkdə bizi nələr gözləyir?”

Yazarın dediyinə görə, müasir uşaqlar bu və ya digər suallara bu kitabda cavab tapacaqlar.

Qeyd edək ki, "Uzaq planetin sirri” elmi-fantastik trilogiyanın üçüncü kitabıdır. Bundan əvvəl iki kitab işıq üzü görüb: "Yaşıl gözlü qız”, "Zamanın əsirləri”