adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Iyun 2018 16:34
9727
MƏMLƏKƏT

Uşaq günündə məktəblilər maarifləndi - FOTO

Bu gün bütün dünyanın probleminə çevrilən"ağ ölüm”lə mübarizə təkcə hüquq-mühafizə əməkdaşlarının işi deyil, həm dəhər bir şüurlu vətəndaşın üzərinə düşən missiyadır. Məhz bu missiyanınmahiyyətini şərh etmək, onu konkret faktlar və qanunun müvafiq maddələrinəuyğun şəkildə ictimaiyyətə çatdırmaq üçün Daxili İşlər Nazirliyinin təşəbbüsüilə Suraxanı rayonu ərazisində də polis əməkdaşları ardıcıl tədbirlər həyatakeçirirlər.

Bu məqsədlə keçirilən növbəti tədbirSuraxanırayonu Bülbülə qəsəbəsi 232 saylı tam orta məktəbdə baş tutub.

Tədbirlərdə çıxış edənSuraxanıRayon Polis İdarəsinin rəisi, polispolkovniki Namiq Həsənov vurğulayıb ki, bu gün bütün ölkəmizdə, o cümlədən dəSuraxanıda narkomaniyaya qarşıdavamlı işlər aparılır: "Həm ölkəprezidenti cənabİlham Əliyevin, həm də Azərbaycanın daxili işlər naziri, general-polkovnikRamil Usubovcənablarının birmənalı şəkildə qarşıyaqoyduğu vəzifələrdən biri də ölkə əhalisini, xüsusilə yeniyetmə gəncləri vəməktəbliləri maarifləndirib, onların sağlam həyat tərzinin təmin olunmasınayardım etməkdir. Məhz bu məqsədlə də rayon polis şöbəsinin müvafiq əməkdaşlarıdavamlı şəkildə görüşlər keçirir, tədbirlər keçirir və hər kəsə "ağölüm”ün gətirdiyi bəlaları izah edirlər. Bugünkü görüşümüzdə də biz bubəlalardan danışacağıq”.


N.Həsənov qeyd edib ki, aparılan məqsədyönlü tədbirlər nəticəsində Suraxanıda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi əvvəlki illərləmüqayisədə xeyli aşağı düşüb. Onun sözlərinə görə, bunun əsas səbəblərindənbiri rayon ərazisində aparılan maarifləndirmə işi, həmçinin "qaynarxətt”in yaradılmasıdır: "Həyat göstərir ki, bu görüşlər iştirakçılara öz müsbəttəsirini göstərir, onların "ağ ölüm”dən uzaq durmasına yetərincə təsiredir. Ona görə də biz bu istiqamətdə işlərimizi bundan sonra da davametdirəcəyik”.