Tramp A. Hamadehin Azərbaycan yazısını paylaşdı
ABŞ Konqresinin Respublikaçı üzvü Abe Hamadeh Azərbaycana səfəri, Prezident İlham Əliyevlə keçirdiyi görüş və Azərbaycanın strateji əhəmiyyətinə dair "Newsmax" portalında məqalə dərc edib.
Adalet.az-ın xəbərinə görə, ABŞ Prezidenti Donald Tramp isə həmin məqaləni özünün "Truth Social" hesabında paylaşıb
Hamadeh yazısında bildirib ki, Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü ona ABŞ-nin etibarlı tərəfdaşlarla əməkdaşlığının əhəmiyyətini bir daha göstərib: "Azərbaycandan yenicə qayıtmışam və Prezident İlham Əliyevlə görüş keçirdim. Bu səfər bir daha göstərdi ki, Amerika etibarlı tərəfdaşlarla fəal əməkdaşlıq etdikdə onun təsiri daha güclü olur."
Konqresmen Azərbaycanın geostrateji mövqeyinə də diqqət çəkərək qeyd edib ki, ölkə Avropa ilə Asiyanın kəsişməsində yerləşən, həm Rusiya, həm də İranla həmsərhəd olan mühüm enerji istehsalçısı, nəqliyyat qovşağı və təhlükəsizlik tərəfdaşıdır: "Azərbaycan Vaşinqtonda həmişə gündəmin mərkəzində olmasa da, dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir."
Hamadeh vurğulayıb ki, Prezident Donald Trampın rəhbərliyi dövründə Ermənistan və Azərbaycan davamlı sülh istiqamətində mühüm irəliləyiş əldə edib və ABŞ bu prosesdə fəal iştirakını davam etdirməlidir: "Əgər Amerika liderlik etməsə, Rusiya və İran kimi rəqib güclər yaranan boşluğu doldurmağa çalışacaq."
Qeyd edək ki, Abe Hamadeh iyun ayında Azərbaycana səfər edib, Prezident İlham Əliyev və digər yüksəkvəzifəli rəsmilərlə görüşlər keçirib. Görüşlərdə Azərbaycan-ABŞ münasibətləri, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan sülh prosesi və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.
Digər Xəbərlər
28 Iyul 2026 11:20
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
28 Iyul 2026 09:59
“İran Rusiyaya dronları dəniz vasitəsilə göndərib”
27 Iyul 2026 16:45
Prezident onu İstanbula yeni baş konsul təyin etdi
27 Iyul 2026 10:33
“Onlardan ən çox müzakirə olunan nümunələrdən biri Adolf Eyxman işidir...”
27 Iyul 2026 10:23
“Tokayev müharibəni dayandırmaq çağırışı ilə həm də...”
27 Iyul 2026 10:20
Türkiyənin güclü olması regionda sülhün əsas təminatçısıdır – Politoloq
25 Iyul 2026 14:10
Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM
25 Iyul 2026 10:42


Bakı -°C

