07 Iyul 2017 14:49
13087
GÜNDƏM

Ürək deyir yaşa hələ...

Muxtarrespublikada kardioloji xidmət yeni inkişaf mərhələsindədir

Çoxdandıki, ürək, ürək xəstəlikləri və muxtar respublikada ürək xəstəliklərinə qarşımübarizənin təşkili haqqında yazmaq keçirdi ürəyimdən... O ürək ki, insanın döşqəfəsində yumruq boyda yer eləyib cahanı özünə sığdırır. "Məndə sığar ikicahan, mən bu cahana sığmazam", kimi misralarla vəsf olunur.

İnsanınhər bir orqanı onun üçün həyati əhəmiyyət daşıyır. İstinad-hərəkət aparatı,qan, tənəffüs, sinir, həzm, duyğu orqanları sistemi, daxili sekresiya vəzilərininorqanizmində öz yeri var. Amma heç gördünüzmü ki, şairlər mədə-bağırsaqsisteminə, dalaq və öd kisəsinə şeir yaza? Mən də rast gəlməmişəm. Doğrudur,ara-sıra ciyərin bəxti gətirib, aşiqlər sevgilisinə "ciyərim" - deyəmüraciət ediblər. Vəssalam! İnsan orqanları arasında ən çox bəxti gətirən vəbuna haqqı olan "Qəlb", "Könül" kimi sinonimləri olan ürəkdir.

Ürəkhaqqında çox deyilib, çox yazılıb. "Dəli ürək", "Cəsur ürək","Mehriban ürək", "Qəmli ürək", "Mürəkkəb ürək","Ağlar ürək"... kimi filmlər, seriallar çəkilib. Mən hələ az deyirəm.Mətbəxdə doğradıqları soğandan daha çox, televizorda izlədikləri qəmliserialların nakam qəhrəmanlarının acı taleyinəgöz yaşı axıdan tamaşaçılarımız yəqin ki, bu təyini söz birləşmələrininsiyahısını daha da uzada bilərlər. Haqq da eləyərlər: Çünki ürəkyaman şeydir, nə qədər şərəfləndirsən də yenə azdır.

Füzulinintəbirincə desək, vücudumuzun paytaxtı, mərkəzişəhəri olan ürək yaradılış etibarı ilə pakdır. Amma... Amma "vücud ölkəsininpaytaxtı" anadangəlmə, qazanılmış ürək qüsurları, işemik, aorta və digərarteriyaların, venoz damar patologiyalarıkimi xəstəliklərdən də xali deyil. Qəlb üzərində savaş böyük... Enində-sonundaqəlb kimin məkanı olacaq? Paklığınmı, xəstəliklərinmi? Bu, kardiologiya elmininpredmetinə çevrilən bir sualdır. Tibbi statistika göstərir ki, xəstələnmə vəölüm hallarının səbəbləri arasında ürək-damar sistemi xəstəlikləri dünyadabirinci yeri tutur. Ölkəmizdə də insanlar həkimə ən çox ürək-damar sistemi xəstəlikləri ilə əlaqədarmüraciət edirlər. Muxtar respublikada isə bu amil tədricən arxa plana keçməkləüçüncü yerdədir. Artıq Naxçıvan səhiyyəsi ürək-damar sistemi xəstəliklərininazaldılması, fəsadların aradan qaldırılması və ölüm hallarının maksimum dərəcədəqarşısının alınması göstəricilərinə görə ölkə üzrə ən yaxşı göstəricilərə malikdir.Bir neçə il əvvəl Naxçıvanda yüksək səviyyəli kardiocərrahiyyə əməliyyatlarınınaparılması bizə möcüzə kimi gəlirdisə, artıq iki ildir ki, açıq ürək əməliyyatlarınınaparılmasında yerli mütəxəssislərin müstəqil şəkildə iştirakı səhiyyəmizinuğurlarından sayıla bilər. Profilaktika, müayinə və müalicə işlərinin təşkilində də eləcə…

Naxçıvanlıhəkim kəskin miokard infarktı keçirmiş xəstənin həyatını necə xilasetdi

Birneçə gün əvvəl Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə ağır vəziyyətdə olan birxəstə gətirildi. Kəskin miokard infarktı keçirdiyindən xəstənin ürəyində sağkoronar arteriya tamamilə tutulmuş, ürəyin dayanması müşahidə olunmuşdu. Xəstəninhəyatı üçün təhlükə yarandığından stent implantasiyasına zərurət yaranmışdı.Belə mürəkkəb əməliyyatlar isə indiyədək Bakı şəhərindən gəlmiş yüksəkixtisaslıkardioloq-cərrahlar tərəfindən həyata keçirilirdi. İndi isə onları gözləməyəehtiyac yox idi. Mərkəzin kardioloq-angioqrafı Ramin Hacıyev vaxt itirmədən işəbaşladı.

... Xəstəninyaxınları narahat idilər. Necə ola bilər ki, insan həyatını təcrübəsiz bir gənchəkimə etibar etsinlər. Yenə kardioloq həkim Süleyman Cəfərov olsaydı... Peşəkarmütəxəssisdi. Yüzlərlə xəstə onun şəfalı əllərindən nicat tapıb. Yaxud AzərbaycanTibb Universitetinin dissertantı, kardioloq-angioqraf Nail Mehbalıyev. Son üçildə 600-dən çox xəstə üzərində koronarangioqrafiya əməliyyatını uğurla həyata keçirib. Xəstə üçün 90 faiz ölümlə nəticələnənürək xəstəliyi zamanı ürəkdaxili kardiostimulyator yerləşdirərək xəstələrin həyatınıxilas edib. Həmçinin mürəkkəb ürək qüsurlu uşaqların əməliyyatönükateterizasiyası və ağciyər arteriyası ağzının daralması, botal axacağın açıqqalması kimi anadangəlmə ürək qüsurlarının invaziv üsulla aradan qaldırılması əməliyyatlarınıuğurla başa çatdırıb. İndi onlar duran yerdə İnsan həyatını sütül kardioqrafa necə etibar etmək olar?

...İki saat davam edən əməliyyatdan sonra, nəhayət, əməliyyatbölməsinin qapısı açıldı. Gənc həkimin üzü gülürdü. Onun sevinc dolu çöhrəsi xəstəninhəyatının xilas edildiyindən xəbər verirdi. Vaxtında antiaritmik müdaxilə və təcilikoronar angioqrafiya, ardınca stent implantasiyası ilə xəstənin miokardinfarktı keçirməsinə səbəb olan sağ koronar arteriyanın yüz faiz tutulmasıtamamilə açılmışdı.

Daha bir neçəgün keçəndən sonra Kəngərli rayonunun Qıvraq qəsəbə sakini, Kəngərli RayonMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri, "Şərəfnişanı" ordenli İsmayıl Hüseynquliyevin "Şərq qapısı" qəzetində Naxçıvan Diaqnostika - Müalicə Mərkəzinəünvanlanmış belə bir minnətdarlıq məktubu dərc olunmuşdu:

"Şəfalı əllərinizvar olsun!"

-Hörmətli tibb işçiləri! Naxçıvanda belə birmötəbər səhiyyə ocağının- Diaqnostika-Müalicə Mərkəzinin fəaliyyətindən çoxdanxəbərdar olsam da, personalın və tibbi xidmətin vəziyyətindən məlumatsız idim.Bir neçə gün öncə səhhətimdə baş qaldıran kəskin ağrılara tab gətirə bilməməyim məni bu ünvana üz tutmağa məcbur etdi. Halsızvəziyyətdə daxil olduğum tibb ocağında ilk andan - giriş qapısındaqeydiyyatçıdan tutmuş, bütün həkimlərin nəzakətini, mehriban davranışını hissetdim. Dərhal kardiologiya şöbəsinə götürüldüm.

Gənc, gözlərindənpeşəsinə vurğunluğu duyulan, hələ aparatlarla müayinəyə başlamadan əlləri iləağrılarımı sezib müəyyən edən həkimlərin həlim, şirin sorğularına cavab verdikcə,sanki içimdəki ağrılar da azalmağa başlamışdı.

Təhlillərdənsonra cavab gəldi. Diaqnoz - kəskinin miokardinfarktı! Ürək damarımın biri tamamilə tutulmuşdu. Əməliyyat blokunaaparıldım. 2 saatdan artıq davam edən gərgin əməliyyat uğurla başa çatdı. Ürəkdamarıma stend qoyuldu. Yaşımın 70-dan yuxarı olduğunu nəzərə alsam, əlbəttə kəskinağrılarla buraya gələndə, ətrafımdakı doğmalarıma hiss etdirmədiyim yaşamaqümidlərim də azalmışdı. Həkimlərin güvənli danışıqları, bir dəqiqə belə mənigözdən buraxmayan tibbi personalın səyi nəticəsində əməliyyatın ertəsi gün,ayağa qalxmağım üçün heç bir qorxulu şey qalmadı. Artıq evimdə-eşiyimdəyəm.Övladlarıma, candan əziz saydığım nəvələrimə qovuşmuşam. Özümü çox yaxşı hissedirəm, bir müddət əvvəl çəkdiyim ağrı-acılar artıq geridə qalıb.

Ömrümün yarım əsrə yaxınını xalqa, millətəxidmətdə, gənc nəslin yetişdirilməsinə həsr etməkdə keçirdiyim üçün bir ziyalıkimi fəxr edirəm. Ölkəmiz ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonrarespublikamızda səhiyyə ocaqlarının inkişafına, tibbi xidmətin yüksəldilməsinəxüsusi diqqətin verilməsi hər birimizin ürəyindən oldu. Əvvəlki vaxtlardançox-çox fərqli olaraq tibb müəssisələrimizdə xidmət mədəniyyətinin yüksəldilməsinəolan tələblərin artırılması və bunun muxtar respublika rəhbərliyin diqqət mərkəzindəsaxlanması tibb ocaqlarına gəlişlərin rahatlığını təmin edir. Bu gün şəxsənmüalicə aldığım diaqnostika-müalicə mərkəzində "Tərəqqi" medallı başhəkim Abasət Hüseynəliyevin rəhbərliyi altında bir ailə komandası kimi çalışan,əhaliyə tibbi xidmət göstərən kollektivin işlərinə mənəvi qayğıyla yanaşması, hədsizdiqqət-qayğı, daxili qayda-qanunlar, təmizlik, səliqə-sahman, ürəkaçansanitar-gigiyenik vəziyyət, mehriban münasibət, nəvaziş dediklərimizə əyani sübutdur.

Sizin hərbirinizə minnətdarıq, ailəliklə şəfalı əllərinizi sıxırıq!

Dərin ehtiramla: "Şərəf nişanı"ordenli İsmayıl

Hüseynquliyev, KəngərliRayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri.

Qocamanveteranın qeyd etdiyi kimi, bu gün muxtar respublikanın səhiyyə müəssisələrindəaparılan genişmiqyaslı quruculuq işləri, yeni xəstəxanaların tikilərək, yenidənqurularaq, ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilməsi, RaminHacıyev kimi ixtisaslı gənc kadrların da yetişməsinə stimul olmuşdur. Səhiyyəsahəsində kadr təminatının təkmilləşdirilməsi ən vacib məsələ kimi diqqət mərkəzindəsaxlanılır, tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsiüçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkiledilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərinsertifikasiyasının aparılması, səhiyyə işçilərinin müasir elmi biliklərininartırılması üçün müxtəlif profilli elmi-praktik seminar və konfransların təşkilidiqqət mərkəzində saxlanılır. Nəticədə,yerli həkimlər tərəfindən müstəqil şəkildə TUR, açıq ürək, ürək damarlarınastent qoyulması, laporaskopik, LOR, göz və digər mürəkkəb cərrahiyyə əməliyyatlarınınaparılmasına nail olunub.

Kardioloji xidmətdə yeni ünvanlar

Hazırda muxtarrespublikada əhaliyə kardioloji xidmətkardiologiya, doğum diaqnostika müalicə mərkəzləri, rayon mərkəzi xəstəxanalarınınkardioloji bölmə və kabinələri, Naxçıvan Muxtar Respublika, Mərkəzi Uşaq Xəstəxanalarıvə Naxçıvan Şəhər Poliklinikasının kardioloji kabinələri tərəfindən həyatakeçirilir.

Baş həkim AlıƏliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublika Kardiologiya Mərkəzində ürək-damarxəstəliklərindən əziyyət çəkən insanlara ambulator, stasionar və fizioterapiyamüalicə xidmətləri göstərilir. Mərkəzdə13 həkim, 40 orta tibb işçisi çalışır. Onların əksəriyyəti müxtəlif illərdəixtisaslaşma və təkmilləşmə kurslarında olublar və hamısı sertifikasiyaimtahanından keçiblər. Həkimlərin iki nəfəri tibb elmləri namizədidir, 4 nəfəri ali,2 nəfəri isə birinci ixtisaskateqoriyalarına malikdir.

Burada yerləşənxəstələr daim monitor müşahidəsi altındadır. Qeyri-stabil stenokardiya, kəskin koranar sindrom, kəskin miokard infaktınınilk saatlarında xəstələrə ilkin yardım göstərilərək təcili koranar angioqrafiya müayinəsininaparılması məqsədilə Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə göndərilir.Angioqrafiya müayinəsi aparılmaqla xəstələrdə stent və ya cərrahi əməliiyatı həyatakeçirilərək erkən qan dövranının bərpasına nail olunur. Bu isə ağırlaşma və ölüm hallarının qarşısınınalınmasına, xəstələrin stasionorda qalma müddətinin azalmasına kömək edir.

Bölgədə analoquolmayan Naxçıvan Diaqnostika Müalicə Mərkəzində isə kardioloji xəstələrinmüayinəsi müasir tibbi avadanlııq və cihazlarla, EKQ, EXO-KQ, Holtermonitorinqi, Təzyiq holteri, Tredmil testi vasitəsilə həyata keçirilir. Eynizamanda Periferik damarların Dopler müayinəsi, Koronar angioqrafiya,Kateterizasiya müayinələri, İnvaziv ürək, açıq ürək və damar əməliyyatları da icraolunur. Exokardiyoqrafiya kabinəsində həkim Mahir Əhmədov müxtəlif illərdəTürkiyə Respublikasında, Bakı şəhərindəixtisaslaşma kurslarında olub, işini mükəmməl bilir. Periferik damarların Dopler müayinəsi də bu gənc mütəxəssistərəfindən həyata keçirilir.

Uşaqlarda ürəkboşluqlarının kateterizasiyası, eləcədə Pulmonar arteriyanın balonvalvuloplastikası əməliyyatı Bakı şəhərindən müntəzəm olaraq mərkəzə dəvət olunan Elnur İmanov tərəfindənicra olunur.

Kardiocərrahiyyəbu səhiyyə müəssisəsinin mühüm sahələrindən biridir. 2016-cı ilin may ayının 26-da Naxçıvan Diaqnostika-Müalicə Mərkəzininkardiocərrahları İntiqam Fətullayev, Cabir Gülmalıyev vəanestezioloq-reanimatoloq Şahin Mazanov tərəfindən ilk dəfə olaraq müstəqil şəkildəiki açıq ürək əməliyyatı aparılmışdır. Hazırda kardioloji xəstələrin invazivmüalicələri, açıq ürək-damar, protez qapaqlarınimlantasiyası əməliyyatları yerlimütəxəssislər tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Muxtar respublika səhiyyəsindəhəyata keçirilən ardıcıl tədbirlər - elmi-praktik seminarlar, konfranslar, təlimvə treninqlər, həkim və orta tibb işçilərinin Bakı şəhəri, TürkiyəRespublikasının müxtəlif klinika və xəstəxanalarına kurslara göndərilməsi,praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb işçilərininsertifikasiyası onların peşə bacarıqlarının artırılmasında xüsusi rol oynayır.Məsələn, anestezioloq-reanimatoloq Şahin Mazanov beşillik təkmilləşdirməkursunu başa vurduqdan sonra Naxçıvanda anesteziologiyanın müasir səviyyədə təşkilindəmühüm rol oynamaqdadır. Kardocərrah Cabir Gülmalıyev Türkiyə ali tibbi təhsilalmış, praktiki vərdişlərə yiyələnmiş, uzmanlıq təhsilini də başa vurandansonra Naxçıvanda işləməyə üstünlük vermişdir. Hazırda ürək-damar cərrahiyyəsindəyüksəkixtisaslı mütəxəssis kimi çalışmaqdadır.

Diaqnostika-MüalicəMərkəzində Koronar angioqrafiya müayinələri Nail Mehbalıyev, Ramin Hacıyev vəSüleyman Cəfərov tərəfindən icra olunur. Haqqında söhbət gedən RaminHacıyev 2016-cı ildə TürkiyəRespublikasında 4 illik ixtisasartırma kursunu bitirib. Yenidən doğmakollektivinə qayıdan uzman həkim ürək xəstəliklərinin müayinə və müalicəprotokollarına daha dəqiq əməl edilməsinə, bu sahədə dünyada gedən yeniliklərinNaxçıvan səhiyyəsinə tətbiqində əhəmiyyətli rol oynayır.

Əminliklə deməkolar ki, Diaqnostika-Müalicə Mərkəzi öz tibbi təminatı və kadrları ilə ən yüksəksəviyyədə yardım göstərmək iqtidarındadır.

Gələcəyimiz olanuşaqların sağlamlığı müstəqil dövlətimizin sosial siyasətində mühüm istiqamətlərdənbiridir. Ə.Əliyev adına Naxçıvan MuxtarRespublikası Mərkəzi Uşaq Xəstəxanasındauşaq əhalisinə digər xidmətlərlə yanaşı kardioloji xidmət də göstərilir. Bu məqsədüçün poliknika şöbəsininkardiorevmatoloji kabinəsində həkim funksionistlər Nəzirə Mirişli və Aytən Rzayeva EKQ, ExoKQ aparatlarıilə müayinələraparırlar. Cərrahi müdaxiləyə ehtiyacı olanlar əməliyyat üçün NaxçıvanDiaqnostika-Müalicə Mərkəzinə göndərilirlər.

Naxçıvan MuxtarRespublikası Doğum Mərkəzində hamilələrə, dölə və yeni doğulanlara göstərilənkardioloji xidmət EKQ və ExoKQ ilə təchiz olunan ayrıca kabinə fəaliyyət göstərir.Həkim kardioloq Elnurə Bağırovanın səyi ilə indi bütün yenidoğulmuşlar müvafiqmüayinələrdən keçirilirlər. Belə müayinələrdən olan fetal exokardioqarafiya anabətnində uşağın ürəyinin inkişafını, fəaliyyətini səs dalğaları ilə müşahidə edənvə dəyərləndirən mühüm müayinə metodudur.

Naxçıvan MuxtarRespublika Xəstəxanasında stasionar vəambulator müalicə alan xəstələrin konsultasiyası məqsədilə poliklinika şöbəsindəEKQ və ExoKQ kabinələri fəaliyyət göstərir.

Şərur rayonundakardioloji xidmət stasionar xəstələr üçün terapiya şöbəsində 4 çarpayılıq bölmədə,ambulator xəstələr üçün isə poliklinika şöbəsində icra olunur. Xəstələrinmüayinəsi üçün 2 EKQ, 1 ExoKQ aparatıişlək vəziyyətdədir. Sədərək və Kəngərlirayonlarında EKQ, Şahbuz rayonundaEKQ, Babək rayonunda EKQ və ExoKQ, Culfa rayonunda EKQ, Ordubad rayonunda EKQ müayinələri aparılır. Ehtiyac olan hallardamüayinə və müalicə məqsədilə xəstələr Naxçıvan şəhərinə göndərilir. Rayonlarüzrə dispanser qeydiyyatda olankardioloji xəstələrin müalicə-profilaktika tədbirləri daim nəzarət altındadır.

Muxtarrespublika səhiyyəsinin bu uğurlarından bəhs edərkən Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışındadediyi bu sözləri xatırlayıram: "Biz elə etməliyik ki, Azərbaycanın hərbir yerində insanlar keyfiyyətli tibbi xidmət ala bilsinlər. Bəzi hallarda bəzivətəndaşlar müalicə üçün xaricə üz tuturlar. Hesab edirəm, biz elə sistemyaratmalıyıq ki, əksinə, xaricdən Azərbaycana müalicə və müayinə üçün gəlsinlər.Əminəm ki, bu xəstəxanada müalicə üçün qonşu ölkələrdə yaşayan, Naxçıvana yaxınbölgələrdən vətəndaşlar da gələ bilərlər və gələcəklər. "

Sağlam ürəksağlam həyat deməkdir

Bu gün muxtarrespublikada istər xəstələrin müayinəsində, istərsə də müalicəsində tibb elminin son nailiyyətlərindən səmərəliistifadə olunduğundan, xəstələrə ambulator və stasionar tibbi xidmət, xüsusən dəreanimasiya xidməti təlimata uyğun aparıldığından heç bir kardioloji xəstəninBakı şəhərinə, qonşu xarici ölkələrə getməsinə lüzum yoxdur. Artıq Naxçıvan səhiyyəsindəpeşə bacarıqlarına güvənərək ürəyimizi etibar edə biləcəyimiz bir xidmət sahəsivar: İnkişaf etmiş kardioloji xidmət! Bu xidmətdən nəinki öz vətəndaşlarımız,eləcə də yaxın ərazilərdə yaşayan qonşu xarici ölkələrin yararlanması, etibarlışəkildə müayinə və müalicə edilməsi üçün hər bir imkan vardır. Bu, əgər bir tərəfdənNaxçıvan səhiyyəsinin qələbəsidirsə, digər tərəfdən muxtar respublikada həyatakeçirilən sosial siyasətin təntənəsi, əhalinin sağlamlının qorunmasına göstəriləndövlət qayğısının parlaq ifadəsidir.

...Ömür axıb gedənzamanın bizə düşən kiçik bir hissəsi, çətin, əzablı yollardan, xoş və gərgingünlərin təəssüratından, xatirələr və arzularla qovuşan anlardan bütövləşmişvaxt ölçüsüdür. Arzularla, istəklərlə dolu olan insan ömrü ürəyin döyüntüləriilə hesablanır. Sağlam ürək sağlam həyat deməkdir. Ürək həm də mərd orqandır,lakin onun hipertoniya, şəkərli diabet, oturaq həyat tərzi, siqaretçəkmə,alkoqol, artıq çəki, emosional streslər kimi namərd düşmənləri də var. İnsan onamərdləri vücudundan qovanda, ürəyə sadiq olanda, ürək də insana sadiq qalır,döyüntüləri ilə qoluna güc verib unudulmaz bir nəğmə pıçıldayırqulaqlarına:

"Ömürdeyir: - Qocalmışam. Ürək deyir: - Yaşa hələ".