adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Aprel 2017 21:24
30536
MƏDƏNİYYƏT

Unudulmaz Con Lennon

Dağınıq, dalğalı saçları və yup-yumru eynəkləri iləyaddaşlarda qalan, bir əfsanə idi - Con Lennon. Bitliz qrupunun qurucularından,mahnıları qədər yazdıqları, şüarları ilə də diqqət çəkdi. Öldürüldüyündən sonraABŞ təhlüksəzilik təşkilatı FBI-də ona aid yüzlərlə sənəd vardı.

Pərəstişkarları"Görəsən indi nə edəcək?" deyə gözləyərkən barış mesajlarımilyonlarla insana çatdı, mahnıları dillərdən düşmədi. Biz də bir dövrədamğasını vuran amma elədikləri ilə bir dövrlə məhdud qalmayan bu böyük adamı tanıyaq,xatırlayaq istədik. Huzurlarınızda Con Lennon ...

ConLennon, 9 oktyabr 1940-cı ildə İngiltərənin liman şəhəri Liverpulda anadanolub. Anası Julia işçi, atası Alfred dənizçiydi. Cütlük, oğulları iki yaşındaykənboşandıqdan sonra Con xalası Marigildə yaşamağa başlayır.


Uşaqlığı

XalasıConu öz uşağı kimi böyüdür, amma avtoritar rejimlə Lennonu bəzən incidirdi.Buna görə Lennonun uşaqlığı xalasına müqavimət göstərərək keçir...

Conatasını 20 yaşına qədər cəmi iki dəfə görür. Anasını da məktəb illərindətanıyır. Həyat Lennona zərbə vurmaqda davam edirdi. Anasını hələ 17 yaşında ikənyol qəzasında itirir.

Lennon uşaqlığındanmusiqiyə həvəsi vardı. Xalası ona 15 yaşında ikən ilk qitarasını alır. Üstəlikqısa vaxtda sıxılacağını umaraq və qitara çalaraq həyatını boşa keçirdiyini deyərək.

Ancaqxalasının umduğu olmadı. Lennon musiqi sevgisində yeni tanıdığı anasının rocknroll sevdasının və Elvis heyranlığının təsiri böyük idi.

Lennon uşaq vaxtı məktəbisevmirdi. Çox ağıllı olmasına baxmıyaraq ən yaxşı şagirdlərin sırasından ənpislərin sırasına düşmüşdü. Lakin məktəbdə öz daxili incəsənət sevgisini vəbacarığını üzə çıxarırdı. O məktəb xorunda oxuyub və məktəb jurnalınıburaxırdı. Həmin illər Alisa möcüzələr diyarında kitabını oxuyurdu.


Böyük qrup

1950-ci illərin ortaları BillHeylinin "Rock Around the Clock” mahnısı işıq üzü gördükdən sonra Liverpuldarockn roll populyarlıq qazanmağa başlayır. RonniDoneqanın "Rock Island Line” mahnısı isə skifl janrına həyat verdi. Bu janr tezbir zamanda ingiltərə gəncləri arasında məşhurluq qazandı. Çünki onu ifa etməküçün müsiqini mükəmməl bilmək gərəkmirdi. Buna görədə 50-ci illərdə ingiltərədəçox gənc skifl qrupları yaranmışdı. Rock and rollsa əsl popularlığı ABŞ-da ElvisPreslinin peydə olması ilə qazandı. Yeni yaranan dalğa Lennondan da yan keçmədi.1956-cı ildə o məktəb yoldaşları ilə oxuduqları məktəbə adını həsr edən"The Quarrymen" qrupunu qurur…

Lennon özü gitarada ifa edirdi. Dostlarının, yəni Pol Makkartni,Corc Harrison, Rinqo Star qrupa gəlməsi ilə "The Beatles”-ın əsası qoyulur.1959-cu ildə qrupun adı dəyişərək öncə "Silver Beetles", ondan sonraisə "The Beatles” olur. Bununla da dünya sülhü, bərabərliyi əsas tutan, musiqisiyahılarında aylarla ilk sırada olan 4 gənci tanıyır. Bir-birini tələbəlik illərindəntanıyan bu "dördlük” musiqi ilə çılğınlıq etmək istəyirdilər. Rok musiqisi dəyişkənliyivə dinamikanı sevdiyindən "Beatles” qrupunu yaratmaqla qısa vaxtda milyonlarlafanat ordusu qazana bildilər. Mahnılarında ictimai duruma qarşı etiraz,insanların mənəvi azadlığı uğrunda ehtiraslı çağırışları ilə diqqəti çəkən"Beatles” 60-ci illərdə 1 milyondan çox diski satılan qrup kimi məşhurlaşır.Lakin çox keçmir ki, 1970-ci ildə qrup üzvləri dünyanı heyrət içində buraxacaqqərar qəbul edirlər. Mətbuat "Beatles” üzvlərinin ayrılması xəbəriniyayır. Sonradan Con Lenon qrupun dağılmasının səbəbi haqda mətbuataaçıqlamasında qeyd edir: "Biz bu dünyada nələrisə dəyişməyi arzulayırdıq. Ammahər şey olduğu kimi qaldı. Afrikada silah satılır, "qaraları” küçədə öldürürlər,insanlar kasıbçılıq çəkir. Mən daha Beatles barəsindəki əfsanəyə inanmıram”.Bundan sonra qrup bir daha birləşmir.

1964-1966-cıillərdə "Beatles” çox məhşur idi. İldə iki albom buraxan qrup ardıcıl olaraq,"Help!” (Yardım!) və "A Hard Days’ Night” (Çətin günün axşamı) adlı filmlərdəçəkildilər.

1966-cıildə Londonun "Evening Standart” qəzetinə müsahibəsində Lennon ehtiyatsız birifadə işlədir: "Xristianlıq gedəcək. O, itəcək və quruyacaq. Mübahisə etməyəehtiyac yoxdur, gələcək bunu sübut edəcək. Hazırda biz İsadan daha məhşuruq.Mən bilirəm ki, hansı daha tez yoxa çıxacaq – rok-n-rol və ya İsa. İsa pisdeyildi, lakin onun davamçıları küt və adi idilər. Məhz onların bu təhrifi məndəki xristinalığı boğur”.


Con Lennon və Yoko Ono

Həmin zamanlada bu sitata fikirverilmədi, lakin üzərindən 5 ay keçəndən sonra amerikan jurnalı "Databook”özünün üz qabığında həmin sitatı çıxarış edərək "Bitlz İsadan daha məhşurdur”sözünü yerləşdirməklə qalmaqal başladı. Dindarlığı ilə tanınan ölkənin cənubhissəsində qrupun plastinkaları yandırılmağa başladı, onların musiqilərininsəsləndirilməsi radiolarda dayandırıldı. Hətta, Vatikan da bu məsələyə qarışdı(yeri gəlmişkən, Vatikan 2008-ci ildə musiqiçini buna görə bağışladı). Lennonaqarşı təhdidlər başladı. Memfisdə olarkən "Beatles”ın qaldığı otağa kimsə zəngedərək konsert zamanı onu öldürəcəyini də demişdi. Bundan sonra qrup açıqkonsertlər vermədi.

1968-ci ildə Timoti Lirinin "Psixodeliktəcrübə” kitabından təsirlənən Lennon narkotikə qurşandı. Qrupda liderliyi öz üzərinə Pol Makkartigötürdü.

Buillərdə Lennon fəlsəfi "Strawberry Fields Forever” və "Across the Universe”,psixodelik "I Am the Walrus” və "Lucy in the Sky with Diamonds”, bədbin A Dayin the Life” və xudbin "All You Need is Love” iflarını bəstələdi ki, onlarsonradan hippilərin hinminə çevrildi.

1969-cu ildə ikinci dəfə Yoko Ono iləailə həyatı quran Con Lennon bunun şərəfinə 1969-cu ildə "The Ballad of Johnand Yoko” ifasını bəstələdi.

1968-ci ildə qrup tamamilə dağıldı.Bunun səbəblərini uzun-uzadı yazmaq fikrim yoxdur, lakin bu sözlər qrupundağılmasından sonra daima yaddaşlarda qaldı: "Biz bu dünyada nələrisə dəyişməyiarzulayırdıq… lakin, hər şey olduğu kimi qaldı. Əvvəlki kimi Cənubi Afrikadasilah satılır, qaraları isə küçədə öldürürlər. Əvvəl kimi insanlar kasıbçılıqçəkirlər, üstlərindən siçanlar qaçır. Yalnız bir dəstə avaralar Londonda dəblicındırlarda gəzirlər. Mən daha Bitlz barəsindəki əfsanəyə inanmıram”.

Bundan sonrakı illərdə həyatındavəziyyəti pisləşməyə doğru gedən Lennonun ömrünün sonuna 5 il qalmış dünyayadaha bir övladı gəlir və o qərar verir ki, bundan sonrakı ömrünü övladına həsredəcək.


QatiliÇapman ondan imza alarkən...

8dekabr 1980-ci ildə Con amerikalı jurnalistə özünün son müsahibəsini verərəkevinə qayıdarkən həmin gün ondan imza almış Mark Çepmen evinin qarşısında onunbel nahiyyəsinə 5 atəş açdı, onlardan 4-ü öz hədəfini tapdı. Dərhal xəstəxanayaçatdırılmasına baxmayaraq, çoxlu qan itkisindən Con Lennon həyatını itirdi. NyuYorkda yandırılan Lennonun külü Yoko Onoya təhvil verildi. 2000-ci ildə YokoOno Conun qatilinin əhv olunması üçün məktub göndərdi.



1984-cüildə "Milk and Honey” adlı son albom işıq üzü gördü. Burada Lennonun həyatınınson illərində hazırladığı ifalar yer alırdı. "Imagine" mahnısı isə çox bəşəridir:


Xəyal et
Xəyal et cənnətin olmadığını
Cəhd etsən bu çox asanddı

Altımızda yox cəhənnəm

Üstümüzdə yalnız səma
Xəyal et bütün insanların bu gün üçün yaşadığını
Xəyal et ölkələr yoxdur
Bunu etmək o qədər çətin deyil
Uğruna öləcək və ya öldürülücək bir şey yoxdur
Və xəyal et ki, din də yoxdur
Xəyal et bütün insanların
Sülh içində yaşadığını
Mənə bir xəyalpərəst deyə bilərsən
Amma mən tək deyiləm
Ümid edirəm bir gün sən də bizə qatılarsan
Və dünya tək bədən yaşar
Xəyal et mal-mülk yoxdur
Bunu edə bilərsənmi maraqlıdır
Aclığa və ac gözlülüyə ehtiyac yoxdur
İnsanların qardaşlığı
Xəyal et bütün insanların
Dünyanı paylaşdığını
Mənə bir xəyalpərəst deyə bilərsən
Amma mən tək deyiləm
Ümid edirəm bir gün sən də bizə qatılarsan
Və dünya tək bədən yaşar.

Con Lennonon heç zaman unudulmayacaq. Unudulduğutəqdirdə, bu artıq insanlığın sonu anlamına gələcək. Lennon kimi adamlar tarixdən silinməyəcək...