UNEC-də Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyasının açılışı oldu
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kimya üzrə Nobel mükafatı laureatı, professor Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyasının açılışı olub.
Universitetdən Adalet.az-a verilən məlumata görə, BP-nin dəstəyi ilə UNEC-in 3 saylı tədris binasında yaradılan laboratoriyanın açılışında Nobel mükafatçısı professor Aziz Sancar, UNEC-in rektoru professor Ədalət Muradov, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli iştirak ediblər.
Müasir texnologiyalarla və avadanlıqlarla təchiz olunan laboratoriya ilə tanışlıq zamanı Aziz Sancara bildirilib ki, laboratoriya “Qida məhsullarının texnologiyası” kafedrasının nəzdində fəaliyyət göstərir. Laboratoriyada elmi-praktiki araşdırmalar, tədqiqatlar və ekspertizalar aparılacaq, qida məhsullarının müvafiq standartlara, tələblərə uyğunluğunun qiymətləndirilməsi, eləcə də qida məhsullarının keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi həyata keçiriləcək. Həmçinin qida sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər, normativ-hüquqi aktlar, metodiki materiallar işlənib hazırlanacaq, qida məhsullarının texnologiyası sahəsindəki islahatların elmi və praktiki əsaslandırılması aparılacaq.
Digər Xəbərlər
08 Sentyabr 2026 13:32
Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib
08 Sentyabr 2026 12:08
"Mən bunu tək dəyişə bilmərəm" - Emin Əmrullayev
08 Sentyabr 2026 12:07
Riyazi savadlılıq üzrə Bakı neçənci yerdədir? - Nazir açıqladı
08 Sentyabr 2026 11:12
"Azersun Holding" markaları uşaqları "Yenidən məktəbə" festivalına dəvət edir
08 Sentyabr 2026 09:37
Bu xanımlar direktor müavini təyin edildilər
07 Sentyabr 2026 19:24
300 balı sayılmayıb sonra 627-yə yüksələn - Əhməd haradadır?
07 Sentyabr 2026 11:54
“Oğlan tələbələrə buna görə kirayə mənzil verilmir...” – Təhsil eksperti
07 Sentyabr 2026 09:25


Bakı -°C

