adalet.az header logo
  • Bakı -°C
19 May 2026 15:10
71
GÜNDƏM
A- A+

UN-Habitat-ın İcraçı Direktoru Azərbaycana təşəkkür edib

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı Direktoru xanım Anaklaudia Rosbax Azərbaycana təşəkkür edib.

Adalet.az xəbər verir ki, onun adından təşəkkür bəyanatını Un-Habitat-ın Qlobal Həllər Şöbəsinin direktoru Rafels Tuts Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Hamı üçün adekvat mənzil üzrə Hökumətlərarası Açıq Tərkibli Ekspert İşçi Qrupu: Mənzil dayanıqlılığı və davamlılığı üzrə sessiyalararası görüş"də oxuyub.

"İşçi Qrupun sessiyalararası tematik iclasında burada sizə qoşulmaqdan məmnunam. ​İlk növbədə, sessiyanın çağırılmasında göstərdikləri liderliyə görə həmsədrlərə – Azərbaycan və Somaliyə təşəkkür edirəm. Həmçinin həm burada canlı olaraq iştirak edən, həm də müxtəlif saat qurşaqlarından onlayn şəkildə qoşulan bütün iştirakçıları salamlayıram. ​Həmkarlar, bu görüş olduqca kritik bir məqamda baş tutur. Mənzil sektoru üçqat planetar böhranın – iqlim dəyişikliyi, çirklənmə, biomüxtəlifliyin itirilməsi və qlobal mənzil böhranının kəsişməsində dayanır. Bunlar bir-birindən ayrı problemlər deyil, dərindən bir-birinə bağlıdır. Mənzil sistemlərimizi qurduğumuz, modernləşdirdiyimiz (retrofit) və planlaşdırdığımız barədə qəbul etdiyimiz qərarlar hər iki tərəf üçün nəticələri müəyyən edəcək", - deyə o qeyd edib.