Prezident Slovakiya Baş nazirinin müavinini qəbul etdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Slovakiya Respublikasının Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Tarabanı qəbul edib.
Adalet.az xəbər verir ki, dövlət başçısı özünün ötən il Slovakiyaya, Baş nazir Robert Fitsonun isə ölkəmizə səfərlərini xatırladaraq, son dövrlərdə Slovakiyadan yüksəksəviyyəli nümayəndə heyətlərinin Azərbaycana gəldiklərini qeyd etdi və vurğuladı ki, bu, ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini göstərir. Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında mövcud dostluğu və tərəfdaşlığı yüksək qiymətləndirərək, əməkdaşlığın səviyyəsindən məmnun olduğunu dedi.
Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Tomaş Taraba qeyd etdi ki, Slovakiya hər zaman Azərbaycanın yanındadır. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğuladı.
Slovakiya Baş nazirinin müavini dedi ki, ölkəsinə qaz lazım olduqda Azərbaycan etibarlı təchizatçı olub.
Tomaş Taraba Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsinin önəminə də toxundu.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev hazırda Azərbaycanın 12 Avropa ölkəsini, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətini qazla təchiz etdiyini dedi, gələcəkdə bu rəqəmin artmasının mümkünlüyünü vurğuladı.
Görüşdə ikitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edildi, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Digər Xəbərlər
19 May 2026 15:17
İlham Əliyev Mavriki Prezidenti ilə görüşdü - FOTOLAR
19 May 2026 15:11
Nazir Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesindən danışdı
19 May 2026 14:12
"Azərbaycan WUF13 üçün ən uyğun məkanlardan biridir" - Hikmət Hacıyev
19 May 2026 14:04
Ceyhun Bayramov: Azad edilmiş ərazilər yenidən qurulur
19 May 2026 14:03
Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir
19 May 2026 13:47
Prezident İqor Sergeyenkonu qəbul etdi - FOTOLAR
19 May 2026 10:46
"Bakı qlobal urbanizasiyaya töhfə verməkdədir”
19 May 2026 09:51


Bakı -°C

