Ümumdünya Qaçqınlar Günü: 300,000 azərbaycanlı hələ də yurdundan didərgindir
jpg-1750398543.jpg)
1980-ci illərin sonlarından etibarən 1990-cı ilin əvvələrinə qədər etnik təmizləməyə məruz qalaraq zorla Ermənistandakı öz tarixi torpaqlarından çıxarılan təxminən 300,000 azərbaycanlı hələ də didərgin düşmüş vəziyyətdədir və ədalətsiz dünya buna hələ də susur.
Adalet.az xəbər verir ki, İyunun 20-i Ümumdünya Qaçqınlar Günüdür. 4 dekabr 2000-ci ildə BMT Baş Assambleyası iyunun 20-nin Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsinə dair qətnamə qəbul edib.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin məlumatına görə, silahlı qarşıdurmalar, zorakılıq və təqiblər nəticəsində evlərini tərk edən qaçqın və məcburi köçkünlərin sayı 100 milyonu ötüb.
Azərbaycanın Qaqın problemi mövcuddur.
Dünyada hər 122 nəfərdən biri qaçqın və məcburi köçkün olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və məcburi köçkün həyatı yaşayır.
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti ən yüksək tribunalardan söylədiyi tarixi bir çıxışı nəzərinizə çatdırıram: "Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi 1905, 1918-ci illərdə Azərbaycan əhalisini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir".
Bəli, 1828-ci ildən üzü bəri qacqınlıq bizim xalqın taleyinə yazılmış ən böyük bəla olub.... Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb:
1. Birinci mərhələ 1905-1920-ci illər;
2. İkinci mərhələ 1948-1953-ci illər
3.Üçüncü mərhələ 1988-1992-ci illər.
Ermənilər deportasiya planını həyata keçirməzdən əvvəl bunun üçün хüsusi siyasət yürüdüb. Azərbaycanlılar isə həmin vaхtlarda ermənilərin bu iyrənc siyasətinin arхasında duran məqsədləri dərk etməyib. Çar Rusiyası tərəfindən İrəvana köçürülən ermənilər əvvəlcə məskunlaşdıqları kənd, rayon, qəsəbə, dağ-dərə, mahal və digər yerlərin adlarını dəyişərək erməniləşdiriblər. Bu ərazidə olan azərbaycanlı adlarını öz adları ilə əvəzləyiblər. O vaхt Qərbi Azərbaycanın-indiki Ermənistanın 34 rayonunun adı dəyişdirilib.
Hazırda Qəmərli-Artaşat, Arpaçay-Aхuryan, Kəvər-Kamo, Basarkeçər-Vardenis, Allahverdi-Tumanyan, Aşağı Qaranlıq-Martuni, Qarakilsə-Sisian, Hamamlı-Spitak kimi dəyişdirilərək erməniləşdirilib. Bundan sonra özlərinə şərait yaradan ermənilər azərbaycanlıları köçürməyə, təzyiqlər göstərməyə başlayıb. Azərbaycan tərəfindən hər il ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım, vəhşiliklər barədə Birləşmiş Millətlər Təşkilatına, YUNESKO-ya, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına və dünya ictimaiyyətinə müraciətlərlər göndərilsə də nəticə hələ ki, yoxdur.
Qeyd edək ki, sonuncu deportasiyadan sonra (1988-1992-ci illər) 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Bundan başqa isə ölkəmizdəki qaçqınların təxminən 50 mini Fərqanə hadisələri vaxtı Orta Asiyadan gələn Axısqa türkləridir. Bununla yanaşı sığınacaq axtaran qaçqınlar isə ölkəmizdə 11 minə yaxındır və bu say artmaqdadır.
1992-ci ildən bəri Ermənistan və onun havadarlarının köməkliyi ilə Qarabağ işğal edilərkən 1 milyona yaxın qarabağlı yurdunu tərk edərək Azərbaycanın 67-yə yaxın rayonunda məcburən məskunlaşmalı oldular. Bir sözlə, 1988-ci ildən üzü bəri Azərbaycan həm qaçqınlara, həm də məcburi köçkünlərə ev sahibliyi etdi. Dünya isə həmişəki kimi bu haqsızlığa susdu.
Artıq Azərbaycanın "köçkün" problemi yoxdur!
Ümidimizi üzmürük! Bir gün Azərbaycanın qaçqınlar problemi də öz həllini tapacağına inanırıq!
Əntiqə Rəşid
Digər Xəbərlər
jpg-1750423896.jpg)
Daşaltı cənnəti: Zülmətdən işığa, səfalətdən xoşbəxtliyə!

DTX bu rayonda əməliyyat keçirdi - İcra başçısı saxlanıldı - YENİLƏNİB

Bakıda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda Böyük Qayıdışla bağlı məlumat verilib

“Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirilib

DİN: Bakıda UFC turnirində təhlükəsizlik təmin olunur

Pakistan İrandakı səfirliyinin əməkdaşlarını Azərbaycana təxliyə edib

Azərbaycanın qatı düşməni həbs edildi: Rusiyalı milyarder
jpg-1750403462.jpg)