adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Oktyabr 2018 14:43
22612
ƏDƏBİYYAT

ÜMİDLƏ YAŞA... - Tural Cəfərli yazır

Hər gün eynidayanacaqda, eyni avtobusla işə getmək, yer üstündə amansız mübarizə aparaninsanları müşahidə etmək, mənasız tələskənliyi və mübahisələri seyr etmək nə qədərəzablı olsa da, bir o qədər maraqlı və gülməlidir. Təsəvvür edin, həyatda özünəyer tapa bilməyən bir gənc avtobusda ənarxa sırada öz yerini tapır, hamıdan əvvəl dünyadan köcəyini hiss edən yaşlıbir kişi arxa tərəfə getmir, elə öndə düz sürücünün yanında özünə yer axtarır.Bütün bunlar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Nə Höte, NəŞiller, nə də Hegel bu özəllikləri müşahidə etməyib, yaşamayıb, bəlkə də heçvaxt təsəvvür də edə bilməyib.Baxmayaraq ki, hər biri özündən sonra zəngin fəlsəfi irs qoyub.

Avtobusdayanacaqlarında vurulan iş elanlarında da dərin fəlsəfi dünyagörüşünə,aqnostik elmi biliklərə rast gəlmək mümkündür. Məsələn belə bir iş elanıoxuyursan: "Katibə tələb olunur, yazmağı bacarmasa da olar..." Bukimi iş elanlarını oxuduqca başa düşürsən ki, həyat heç də sənin filmlərdəbaxdığın qədər ədalətli və füsunkar deyil...

Daha sonra küçənisüpürən bir qadının əsəblərini küçə itlərindən, pişiklərindən çıxdığını görürsən.Bəlkə də yoldaşı onu atıb, bəlkə də sevgisizlik onu sıxır, bəlkə də adi çörəkehtiyacından qəzəblidir... Kim bilir?! Yenə də onun gücü itə, pişiyə öz əsəbini tökməyəçatır... Adam da var heç nəyə, heç kiməgücü çatmır. Çarəsizdi, acizdi, kimsəsizdi. Yağışdan, küləkdən, qardanumacağını insanlardan uma bilmir. İnsanlar çox amansız olub, çox soyuqanlıolub. Zaman və məkan baxımından bu özünüdaha çox biruzə verir...

Keçən dəfədostum məni çay qonaqlığına çağırmışdı. Söhbət əsnasında dedi ki, evlənmək istəyirəm.Amma münasib, özümə uyğun qız tapa bilmirəm. Mən də dostumu tanıyıram, sakit,fağır, saf adamdı. Ürəyimdə deyirəm ay dost sənin kimi saf, məsum, fağır insanıgündüz vaxtı əlində çıraqla axtarsan da tapmaq olmaz... Saf olmaq həyatda1-0 geri düşmək deməkdi. Saf olmaq, dahaçox əzab çəkmək, ağrımaq deməkdir. Bu da öz növbəsində öz saflığına, təmizliyinəpeşman olmaq üçün hər gün özünə lənət oxumaqdır. Bu da belə.

Keçək növbəti məsləyə...Qruplaşma və tərəfkeşlik sindromu bizi hər yerdə, işdə, çevrədə sıxır.Ətrafında səni təqdim edən, səni tərifləyən, reklam edən varsa, deməli vacib vəzəruri adamsan. Yox, belə deyilsə, bütün istedadsızlığınla özünə yüksən. Buyükü daşıyıb axırda yorulursan. Səni bu yükdən qurtaran, azad edən adamolmadıqca, get-gedə daha çox yorulursan. Baxırsan, istedadı var, amma ətrafındabu istedadı qiymətləndirən adam yoxdu. Bəlkə də var, amma paxıldı. Bu paxıllıqonda olmayan hər hansı bir istedadsızlığın nümunəsidir. Başqa cür də ola bilməz.Paxıl adam böyük ehtimal öz boşluğunda itib batır.

Həmişə ümid etməyi, ümidləyaşamağı vacib bir həyat şərti kimi qarşımıza qoyurlar. Həm də yekə hərflərlə:"ÜMİDLƏ YAŞA!" Bəli, ümidlə yaşayırıq, amma özümüz kimi yaşayabilmirik. Biz mütləq qohumların toy məclislərində fərqlənməliyiq, toya "səviyyəli"geyinməliyik, çoxlu pul xərcləməliyik ki, hörmətli olaq, yaxşı olaq, sevimliolaq. Amma həmin qohumların içərisində ali təhsil almaq istəyən bir qızınarzularını imkansızlıqdan ürəyində qoyuruq. Olmazmı ki, toyda xərclədiyimizpulları həmin qızın təhsilinə xərcələyək, nəinki yekəqarın tamada vəmanıslara... Əlqərəz, toy industriyası və xaosubizi hələ çox geri salacaq...

Gəlib çatdım əsasməsləyə... Hamı kimi ola bilməmək məsələsinə. İndi cəmiyyət mərdi qova-qova namərdetməyə hazırdı. Hətta deyərdim çox şaddır da... Belə ki, haqqını tələb edəndə,sözün düzünü deyəndə, əməyinin qiymətləndirilməyini tələb edəndə səni o saatnamərd çıxarırlar. Həm də ağına, bozuna baxmadan. Qalmışıq, xiyar, pomidoralverçilərinin əlində. İşimiz elmin, təhsilin, mədəniyyətin inkişafına köməketməkdi, bu dəm bir xiyar alverçisi qarşını kəsir, səni pulla, madiyyatlasınağa çəkir. Sən də bu sınaqdan təbii ki,çox vaxt uğurla çıxa bilmirsən.Ömür boyu çalış, vuruş, hər dəfə də yıxıl, qalx, yenidən yola düzəl, səni hər səmtdəsındırmaq, aşağılamaq istəsinlər. Hansı ki, onların uşaqlarınıa bəlkə də məktəbdədərs deyirsən, cəmiyyət üçün faydalı vətəndaşlar yetişdirisən. Yəni sözümün canı odur ki, ziyalı olmaq, həyatıduymaq, ağrılı prosesdir. Belə bir deyim də var: " İstedadlılara köməkedin, istedadsızlar özlərinə kömək edib, bir yol tapacaq. Bu minvalla səhər işəgedəndə, hər şeyin yaxşı olacağına inanıb, küləklərin müşayəti ilə ürəyimdən vərəqəköçən bu şeiri yazdım:

Qaranlıq otaqdayalqız qalanda,

Qəfildən birdostun səni yad edə.

Ölüm də gələndəelə gələ ki,

Üzünü güldürə, sənişad edə...


Bağrına basasanyağışı, qarı,

İçində buludlaryox olub gedə.

Acından ağlayanbütün uşaqlar,

Gecələr yuxuyatox olub gedə...


Hamını sevəsən,ilk sevgi kimi,

Kədərin qəlbindəçox olub itə,

Ayrılıq sözünügöyə atasan,

Bir dəqayıtmaya, yox olub gedə...