“Ümid edirəm ki, bu oğlan Londonda qol vuracaq” - Jezniçak
"Qarabağ”ın futbolçusu Yakub Jezniçak özünün "Tvitter" səhifəsində paylaşım edib.
Qol.az-ın məlumatına görə, polşalı müdafiəçi Çempionlar Liqasının qrup mərhələsində "Çelsi” ilə oyundan öncə komanda yoldaşları Maksim Medvedev və Dino Ndlovu ilə birlikdə London kafesində çəkdirdiyi şəkli paylaşıb. O, fotonun altında yazdığı şərhlə D.Ndlovuya dəstək olub. Jezniçak afrikalı hücumçunun "Çelsi” ilə səfər oyununda qol vuracağına inandığını bildirib: "Ümid edirəm ki, bu oğlan Londonda qol vuracaq”.
Qeyd edək ki, bu gün "Stemford Bric”də keçiriləcək "Çelsi” – "Qarabağ” görüşü Bakı vaxtı ilə 22:45-də başlayacaq.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00