Ulucay Akif: Mənim gözəl qardaşlarım
mənim gözəl qardaşlarım
siz indi cəbhədə, səngərdə
siz indi bir dağın ətəyində, ya zirvəsində
səmaya baxırsız
mənim gözəl qardaşlarım
bu gecənin ortasında
ordakı hər daş parçası, hər ağac
sizi tanıyır
mənim gözəl qardaşlarım
burda hamı yarımçıqdı yuxusundan
amma bilirik ki
sizi tanıyır o torpaqlar
atalarınızın qoxusundan
mənim gözəl qardaşlarım
siz indi təkcə o torpaqları yox
baxdığınız səmanı da işğaldan azad edirsiz!