adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 May 2024 16:14
712
DÜNYA

Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti yenidən uzadıldı

Ukrayna Ali Radası hərbi vəziyyət və səfərbərlik müddətini daha 90 gün uzadıb. 

Adalet.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko "Telegram" kanalında yazıb. 

Hərbi vəziyyətin uzadılmasına görə - 339, səfərbərliyin davam etdirilməsi üçün 336 deputat səs verib.