Ukrayna üzrə danışıqlar dərhal bərpa olunmalıdır!- Hakan Fidan

Ukrayna ilə bağlı danışıqlar dayandırıldığı mərhələdən davam etdirilməlidir.
Adalet.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan italiyalı həmkarı Antonio Tayani ilə keçirdiyi mətbuat konfransında bildirib.
"Sülh və atəşkəslə bağlı danışıqlar dayandırıldığı nöqtədən bərpa olunmalıdır. Türkiyə və İtaliya bu müharibənin dərhal dayandırılmasının zəruriliyi ilə bağlı fikirlərində yekdildir. Mən bunu hörmətli həmkarımla müzakirə etmişəm. Bu, təkcə regional təhlükəsizliyi təhdid etmir, həm də qlobal təhlükəsizliyə ciddi təhdid yaradır. Əvvəldən müharibənin sona çatmasının vacibliyini dəfələrlə və israrla vurğulamışıq”, - deyə Fidan bildirib.
Digər Xəbərlər

Böyük Britaniya antirusiya sanksiyalarına 30 bənd əlavə etdi

Ərdoğan Qətərə səfər edəcək

Şahzadə Harri Kiyevə gedib

Yaponiya Rusiyaya qarşı saksiyalar tədbiq edir

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib - Saxlanılanlar var

Tramp: Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib

Ukrayna PUA-larla Rusiyaya hücuma keçdi
