İranda saxlanılan casusların sayı açıqlandı
İran hüquq-mühafizə orqanlarının əməkdaşları düşmənlə əməkdaşlıq etməkdə şübhəli bilinən ən azı 500 nəfəri saxlayıb.
Adalet.az xəbər verir ki, bunu İran polis rəisi Rza Radan dövlət televiziyası IRIB-ə bildirib.
Onun sözlərinə görə, "Düşmənə və İran əleyhinə media orqanlarına məlumat ötürən 500 casus saxlanılıb".
Radanın sözlərinə görə, onlardan 250-si düşmənə zərbə koordinatlarını ötürüb, xarici hərbi qulluqçularla əlaqə saxlayıb və ictimai asayişi pozmağa cəhd edib.


Bakı -°C

