11 Yanvar 2023 11:02
193
DÜNYA

Ukrayna Kanada ilə "sülh formulun" həyata keçirəcək

Ukrayna lideri Volodimir Zelenski ilə Kanadanın baş naziri Castin Tryudo Ukraynanın müdafiə qabliyyətini müzakirə ediblər. Bu barədə məlumat verən Ukrayna prezidenti bildirib ki, " Biz "sülh formulunun" həyata keçirilməsi üçün atılacaq addımlar barədə razılıq əldə etdik".

Baş nazir Castin Tryudonun mətbuat xidmətinin "Kanada hakimiyyəti Birləşmiş Ştatlardan Ukrayna üçün 400 milyon dollar dəyərində NASAMS zenit-raket kompleksləri və ona müvafik sursatlar" alacağı barədə verdiyi məlumatdan "sülh formulasının" nədən ibarət olduğuna aydınlıq gətirib.

"Kanadanın hərbi yardımı Ukraynaya hərbi obyektlərinin, mülki infrastrukturlarının və yaşayış məntəqələrinin dağıdıcı hava hücumlarına məruz qalmasının qarşısını almaqda kömək edəcək"- deyə baş nazirin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir.

Kanadanın müdafiə naziri Anita Anand qeyd edib ki, 2022-ci ilin fevral ayından bu günə kimi Ottava Kiyevə bir milyard dollardan çox hərbi yardım edib.

Yəqin ""sülh formulu", sülh istəyirsənsə, hərbi gücünü artırmalısan" prinsipləri üzərində qurulub. Lakin hazırki gedişat göstərir ki, nə Rusiyanın, nə də Ukraynanın "sülh" barədə düşünmək fikirləri yoxdur. Onların danışıqlar üçün ortaya qoyduqları qarşılıqlı "sülh" şərtləri də tezliklə sülh əldə etməyin mümkün olmayacağından xəbər verir.

 

Rüstəm Hacıyev