adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Sentyabr 2018 14:09
8395
GÜNDƏM

UĞURSUZ HÜQUQŞÜNASIN QATIQLAMASI

Bir uğursuz hüquqşünas (adını çəkib şərəfləndirmək istəmirəm, onsuz daadı heç nə demir) xaricdə fəaliyyət göstərən telekanalların birində, qarabağlılar demişkən,qatıqlayıb. Qarabağlıları təhqir edib, aşağılayıb. Hardan təlimat verirlər,hardan göstəriş alırlar bilinmir.On milyonluq bir xalqıq, 70-ə yaxın əyalətiolan bir ölkəni regionlara bölməkdən də şərəfsizbir şey yoxdu. Bu uğursuz hüquqşünasın dalbadaliki dəfə qarabağlıları təhqir eləməyinə İlham İsmayıl öz Facebooksəhifəsində tutarlı cavab verib. Baxıram, şəhrlərdə İlham İsmayılı qınayanlar var ki, deyir-deyir də, siz niyə onun səviyyəsinə enib cavab yazırsınız. Özü də bunu bir neçə adam yazıb.

Deməli, qarabağlıları söysünlər, təhqir eləsinlər, qarabağlılar da cavabverməsin? Bu nə məntiqdi? Sözə baxın, qarabağlıların qız-gəlinlərierməni əsirliyindədi, qarabağlıların torpağı işğal olunub, getsinlər öz torpaqlarını azad etsinlər. Qarabağtəkcə qarabağlılarındımı? Müharibənihansısa əyalət eləmir, dövlət eləyir.

Deyəcəksiz ki, milçəkbir şey deyil. Bəli, milçək bir şey deyil, amma ürək bulandırır,həmin uğursuz hüquqşünas kimi.