adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 May 2019 17:33
21204
ƏDƏBİYYAT

ÜÇ FIŞTIRIQ - Fazil SƏNAN yazır

Elə bil cibindən daşsallanmışdı. Tez-tez şüb­həli-şübhəli ətrafına boylanırdı. Arxadan gələn ayaqsəslərini eşidən kimi «Dayan, bizimlə gedəcəksən» fikri beynin­dən keçirdi. Heçbir hadisənin baş vermə­diyini gördükcə yavaş-yavaş öz-özünə toxtaqlıq verirdi."Arvad düz de­yir, qorxağam. Mənlə bir yerdə işləyənin hamısının evi-eşiyi,altının maşını, dolanışığı, nə bilim nəyi… Mən­­sə aldığım maaşla yarı ac, yarıtox bu ayı o biri aya güclə çatdırıram. Xeyir-şərin birinə gedəndə beşini dətəxirə salıram. İş yoldaşlarım var-dövləti, maşını, uşaqlarına yarat­dıqlarışərait ilə öyündükləri halda, mən də həmişə «Təmiz adamdır» titulu iləöyünmüşəm”. Bir də onda ayıldı ki, mərkəzi bazarın qapısına çatıbdır. İki böyüktorba alıb bazarlıq etməyə başladı. Kabablıq ətdən tut­muş, göy-göyərtiyə kimihər şeylə torbanı doldurdu. Hət­ta yarım litirlik bir araq da aldı və bazardançıxıb yo­la düzəldi. Arvadının deyəcəyi xoş sözlərin müqa­bilində torbalarınağır olduğunu hiss etməyərək evə tez çatmağa tələsdi. Qorxunu tamam yadındançıxar­tmışdı. Başa düşmədiyi bir se­vinc içini çulğamışdı. Ömründə bir dəfəarvadının gülərüzlə «A kişi, maşallah olsun, bu nə ba­zar­lıqdı etmisən? Lapbazarı yığıb gətirmisən ki. Neçə ildi arvadınam, sənin bu cur əli dolu evəgəldiyini gör­məmişəm, gəl bir səni maç edim…» kimi sözləri fikrin­dəcanlandıraraq gülümsədiyi məqamda, qəf­lətən çalı­nan fit səsilə birgə«Dayanın!» sözlərini eşidər-eşitməz torbaları əlindən yerə düşdü, rəngi kəfənədöndü və qıl­çaları titrəməyə başladı. Qolun­dan tutan polisin üzünə baxaraqudquna-udquna:

– Bağışlayın, vallah bir dəeləmərəm.

– A kişi, nəyi eləməzsən?Maşın sizi vurmuşdu. Pi­yadalar üçün keçid var, oradan gedə bilmirsən? – de­yənpolis başladı yola dağılmış ayın-oyunu torbaya yığmağa.

Heykəl kimi donub qalmışdı.Handan-hana toxda­ya­raq özünü ələ alıb dilləndi.

– Nə bilim ay oğul, fikirliidim.

– Fikirli olsan da, ətrafabaxmaq lazımdı. Xüsu­səndə yolu keçəndə.

Səkidə torbaları yerə qoyanpolis; «Di sizə yaxşı yol» deyib geri dönmək istəyəndə «Çox sağ ol, oğul» deyənmüsahibinin sifətinə gözü sataşdı.

– Siz Qəzənfər müəllimdeyilsiniz?

– Bəli, Qəzənfər müəlliməm.

– Xoş gördük, müəllim.Necəsiniz? Polis, se­vin­cək müəllimin boynunu qucaqlayıb üzündən öpdü.

– Bağışlayın, oğul, tanıyabilmədim.

– Ramizəm, müəllim. Siz yaxşı müəllimsiniz. Si­zinmənə hörmətiniz keçib.

– Nə hörmətim, oğul?

– Təmənnazsız qiymətyazmısınız mənə. Siz kris­tal adamsınız. Sizin kimi təmiz adamlar çox azdır.

Polisin sözlərindən bədəninəbir xəcalət təri gəldi. Səkiyə qoyulmuş dolu torbalara baxdıqca Qəzənfər mü­əl­limielə bil boğurdular. Ona elə gəlirdi ki, yanlarından keçənlər «Siz kristaladamsınız» sözlərinə istehza edə­rək gülürlər.

– Sağ ol, oğul. Oxumusan,almısan.

– Xeyir, müəllim, elə dəoxuyan tələbə deyildim. De­yirdiniz ki, insafım yol vermir. Mənim yazdığım «qey­ri-kafi»qiymətindən başqaları qazanc götürür. Ona gö­rə də heç kəsə «qeyri-kafi»yazmıram.

– Düz deyirsən, mən tələbəyəelə indi də «qeyri-ka­fi» yazmıram.

– Qəzənfər müəllim indi də aliməktəbdə işlə­yir­siniz?

– Bəli, indi də işləyirəm.

– Ayda nə alırsınız?

– Üç yüz, üç yüz əlli, belədə.

– A müəllim, sizin aydaaldığınız 300 manatı, mən üç fıştırığa alıram.

– Necə yanı, üç fıştırığa alırsan.Düzü başa düş­mə­dim. Rəngi durulmuş Qəzənfər müəllim gülümsündü.

– Bir az gözləyin, bu dəqiqədeyim müəllim. Polis işıqforun qırmızı işığına məhəl qoymayıb keçən xaricimaşının əylənməsi üçün fit çaldı. Sürücü maşını yolun kənarına çəkib saxladı.

– Bağışlayın, Qəzənfərmüəllim. Bu dəqiqə gəli­rəm, – deyən polis maşında əyləşmiş sürücüyə yaxınlaş­dı.Xeyli söhbətdən sonra Ramiz Qəzənfər müəllimin yanına döndü.

– Gördünmü, müəllim?

– Nəyi, oğul?

– Həm işıqforu düz keçmədi,həm də içmişdi. Yal­var-yapış etdi, yaxın bir adamın adını çəkəndən son­ra andiçdi ki, cibimdə bir yüzlük var, o da sənin olsun. İn­di müəllim, həmin yüzlüyüsizin cibinizə qoyuram.

– Mənim cibimə niyə? Özünüitirdi Qəzənfər mü­əllim.

– Müəllim, heç olmasa birlikdəbir stəkan çay iç­mə­­liydik. Mən indi iş başındayam, sonra da görüşək-gö­rüşməyək,onu bilmək olmaz.

– Yox, yox, nə danışırsan,Ramiz, oğul. Qəzənfər mü­əllim etiraz etdi.

– Bilirəm, müəllim bu pulurüşvət hesab edirsiniz. Çirkli pul kimi iyrənirsiniz. Həqiqəti deyim ki, bizdətə­miz pul tapmaq bir az qəliz məsələdir. Amma xahiş edi­rəm sözümü yerəsalmayın. Bilirsinizmi, bir fitlə sizi ölü­mün ağzından almışam. Uzun illərdiki, sizi gör­mür­düm. Xatirimdə təmiz bir müəllim kimi qalmısınız. Ra­mizəlindəki yüzlüyü Qəzənfər müəllimin ci­binə qoydu və yaxşı yol arzulayaraqondan ayrıldı.

Qəzənfər müəllim cibindən puluçıxardaraq bir yüzlüyə və bir də xidməti polis maşınına doğru gedən Ramizinarxasınca baxaraq öz-özünə pıçıldadı:

– Çox maraqlıdır, bir fıştırığayüz manat verirlər. Sonra dərindən bir köks ötürərək torbalar əlində, yüzlükisə cibində yoluna düzəldi.