Üç azərbaycanlı biznesmenin qətlində “Lotu Quli” izi
Son vaxtlar Rusiyanın paytaxtı Moskvada azərbaycanlı biznesmenlərə qarşı silahlı hücumların sayı artıb.
Adalet.az xəbər verir ki, bu barədə "Life.ru” məlumat yayıb. Bildirilib ki, sonuncu dəfə Rusiyanın paytaxtı Moskvada Anar Əliyev adlı biznesmen güllələnib.
A,Əliyev dayanacaqdan çıxarkən naməlum şəxs onun "Lexus” markalı avtomobilinə yaxınlaşıb və atəş aşmağa başlayıb. Hadisə nəticəsində biznesmen ağır yaralanıb. O, xəstəxanada dünyasını dəyişib.
Qeyd edilib ki, ötən ilin sentyabr ayının 18-də Moskvanın Biryoleva rayonunda digər azərbaycanlı biznesmen Rəhman Əliyev güllələnib. Ağcabədi rayonundan olan biznesmen Moskvada Azərbaycan diasporunun aktiv üzvlərindən biri olub. O, metal satışı üzrə aktiv bizneslə məşğul olub. Onun qətlinin sifariş xarakterli olduğu bildirilir.
Yanvarın 28-i isə digər Azərbaycan vətəndaşı Mahir Rüstəmov güllələnib. Onun cəsədi Slavyan bulvarı adlı ərazidə aşkarlanıb. Rusiya KİV-ləri iddia edir ki, qətillər kriminal avtoritet "Lotu Quli” və Rövşən Lənkəranskinin "varisləri” arasındakı qarşıdırmalarla əlaqədardır.
Digər Xəbərlər
30 Aprel 2024 11:00
Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanıldı
29 Aprel 2024 16:58Polis narkotiklə bağlı əməliyyat keçirdi, narkotacirlərin səs yazıları açıqlandı - VİDEO
29 Aprel 2024 11:44Oğurladıqları kartla alış-veriş etdilər
29 Aprel 2024 11:17