Ucarda maskalı şəxslər evə basqın etdi
Martın 17-də DİN-in "102 - Zəng Mərkəzi” Xidmətinə Ucar rayonunun Müsüslü kəndində yaşayan Z.Əliyevanın evinə girmiş 2 maskalı şəxsin onun əl və ayaqlarını yaylıqla bağlayaraq oradan 1000 manat dəyərində qızıl-zinət əşyalarını aparmaları barədə müraciət daxil olub.
DİN-dən Adalet.az-a verilən xəbərə görə, Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Araşdırmalarla onların kənd sakinləri Rəcəb Hüseynov və Anar Hüseynov olduqları müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02