adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Iyun 2021 09:48
26178
SİYASƏT

Üç ölkənin XİN rəhbərləri Azərbaycana səfərə gəlirlər

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis və Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Azərbaycana səfər edəcəklər.

Adalet.az-ın məlumatına görə, bu barədə B.Auresku "Twitter"də yazıb.

Nazir Avropa İttifaqının təhlükəsizlik sahəsində tərəfdaşlıq və dayanıqlılığı artırmaq üçün "şərq tərəfdaşları"na dəstək verməsinin vacibliyini vurğulayıb:

"Xarici işlər nazirləri Şallenberq və Landsbergis ilə birlikdə 24-26 iyunda Cənubi Qafqaz ölkələrinə (Azərbaycan, Gürcüstan, Ermənistan) səfər edəcəyik".