16 Mart 2022 14:50
1027
MƏDƏNİYYƏT

Tutduğunu buraxmayan kor: İranın “Şuşi” küçəsi, Göy məscid və Nizami Gəncəvi iddiası...

Hələ sovet dönəmindən də əvvəl fars ziyalıları Nizami Gəncəvinin İran şairi olması ilə bağlı iddialar irəli sürürdülər.Farsların gətirdiyi “faktlar” ı əsas götürərək bir çox alimlər məqalə və monoqrafiyalar yazdılar, bir çox şərqşünas alimlər isə israrla bu “faktı” əsərində qeyd etməyə başladı. Əlbəttə bunu qəsdən etdilər, belə möhtəşəm bir dühanın bəyənmədikləri Azərbaycan xalqına aid olmasını qəbul edə bilmirdilər. Amma klassik alimlərin yazdığı kimi mütəfəkkir şairimiz bütün ömrünü Gəncə şəhərində keçirmişdi. Qaynarinfo-da bu xüsusda maraqlı bir yazıda göstərilir ki, Aufi Sədidəddin (XIII əsr), Dövlətşah Səmərqəndi (XV əsr) kimi mütəfəkkirlər gəncəli Nizami haqqında öz əsərlərində geniş yazıblar.

Bundan əlavə XX əsrin birinci yarısında məşhur rus şərqşünası akademik Y.E.Bertels mövzunu araşdırmaq qərarına gəldi. O, Nizami Gəncəvinin bütün əsərlərini araşdıraraq, təkzibedilməz sübutlarla Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu ortaya qoydu. Bertels həm də aydınlaşdırdı ki, Nizaminin iranlıların iddia etdiyi kimi "Qum şəhərindəm adlı” misrası omayıb. O, sübut etdi ki, dahi şairin əlyazmalarında, həmçinin erkən köçürülən versiyalarında yoxdur, yəni bu sətirlər şairin "İskəndərnamə" əsərinə ideoloji motivlərdən irəli gələrək təəssübkeş İran mirzələri tərəfindən əlavə olunub və açıq-aşkar saxtalaşdırmadır.Araşdırmaçılar qeyd edir ki, Akademik öz tədqiqat əsərində yazır: "Nizaminin ən qədim əlyazmalarında, 763-cü (1360-cı il) il tarixli hicriyə aid Parisdəki Milli Kitabxanda olan əlyazmalarında bu sətir də yoxdur".

Məqalədə deyilir ki, akademik Y.Kraçkovski, akademik A.E.Krımski də bu fikirdə olduqlarını əsərlərində qeyd ediblər. Uzun sözün qısası, dünya Nizami Gəncəvini çoxdan Azərbaycan şairi kimi tanıyır və sevir. Nizami Gəncəvinin heykəli 2012-ci il aprelin 20-də İtaliyanın paytaxtı Romada , 2004-cü il martın 23-də Özbəkistan paytaxtı Daşkənddə, 2002-ci ildə Rusiyanın mədəni paytaxtı Sankt-Peterburqda, 2005-ci ildə bu Moldovanın paytaxtı Kişinyovda, 2012-ci il dekbarın 6-da Çinin paytaxtı Pekində, 2004-cü ildə Çuvaşiya respublikasının mərkəzi Çeboksarıda, 1991-ci ildə Rusiya paytaxtı Moskvada yerləşir.

Tutduğunu buraxmayan kimdi: kor yoxsa qərəzli ?

Maraqlı bir nüansı sizə xatırlatmaq istəyirəm: Ötən ay iki deputatımız Tahir Mirkişili və Soltan Məmmədov fevralın 22-də İrəvanda AVRONEST PA-nın

komitə iclaslarında iştirak edərkən məşhur Göy məscidi də ziyarət etdilər. Sosial şəbəkədə həmin ziyarətdən olan fotolarını və ürək sözlərini paylaşdılar“Göy məsciddə olduq. Bildiyimiz qədər İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir. Divarlarında başqa dövlətə aid yazılar olsa da, divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də. İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur”.

Məhz bu paylaşımdan sonra sonra İranın Ermənistandakı səfirliyi Göy məscidlə bağlı azərbaycanlı deputata cavab verdi. İddia etdi ki, Göy məscid İran mədəniyyətinin simvoludur.

Maraqlıdır, İrəvan xanı Hüseynəli xan tərəfindən 1766-cı ildə tikilmiş Göy məscid hara farslar hara. 1995-ci ildə İran fondu Göy məscidin bərpası üçün təxminən 1 milyon dollar ayırıb, 2006-cı ildə iş başa çatıb. İran elə bilir ki, ermənilər məscidi 99 illiyə onlara icarəyə verməklə məscid farsların olur

Mühüm bir faktı görməzdən gələn İran yeni bir haqsızlığa, yalana, saxtakarlığa başlayıb. Beləki, indi də İrəvanda "Aran və Şirvanda Nizami Gəncəvi və farsca danışıq" mövzusunda konfrans keçirilib.

Konfrans İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrası tərəfindən böyük “İran şairi” Nizami Gəncəvinin anım həftəsi devizi altında təşkil edilib.

Bəli artıq İran öz əməlini məqsədini gələcək planlarını gizlətmək istəmir. Bunu Tehranın 6-cı rayonunda, Nizami Gəncəvi, daha sonra "Şuşi", "Arran" , "Badukubə", "Lənkəran" , "Salyan", "Nardaran Xiyabanı, "Gəncə", "Şamaxı" küçələri İranın naqis və iyrənc fikirlərindən xəbər verir.

Əntiqə Rəşid