Əbülfəz Elçibəyin anadan olmasından 87 il ötür
Bu gün Azərbaycanın ikinci Prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günüdür.
Adalet.az xəbər verir ki, Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olub, 1962-ci ildə bitirib.
O, 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının öndərlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.
1992-ci ildə Azərbaycanın Prezidenti seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib.
Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilib.
Digər Xəbərlər
13 Dekabr 2025 18:40
"Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir" - Elçin Əmirbəyov
13 Dekabr 2025 10:00
Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN
12 Dekabr 2025 15:09
Azərbaycan və Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək
12 Dekabr 2025 15:07
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
12 Dekabr 2025 14:39
MSK yenidən formalaşdırılacaq? - Məzahir Pənahovdan açıqlama
12 Dekabr 2025 12:35
Türkiyə Milli Müdafiə Nazirliyi Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
12 Dekabr 2025 11:23
Əli Əsədov: Türkmənistanın neytrallıq siyasətini yüksək qiymətləndiririk
12 Dekabr 2025 10:28


Bakı -°C

