adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Iyul 2019 16:38
23694
ƏDƏBİYYAT

TUTDƏY QUŞU

(Valideynləriminişıqlı xatırəsinə ithaf edirəm...)

"Mənəoxuduğum kitabların ən gözəlinin hansı olduğunusoruşsanız deyəcəyəm :Anamdır..”

AvrahamLinkoln

Yenədə tut fəslidi,yenə həyətimizdəki iri dənəli şahtut ağacının barı sıx yəyamyaşıl yarpaqların arasından üzə gülümsəyir..Əl vurmağa bənddi eləqopub düşürovcuna,azca yel əsən kimi dolu kimi yağır yerə...Dadı da ki,bal kimi!...

...Kəndimizrayon mərkəzindən maşınla 10-15 dəqiqəlik bir məsafədə yerləşir,kəndinortasından keçən asfalt yol onu iki hissəyə ayırır.Bizim evimiz kəndin arxahissəsində,Kür çayına yaxın ərazidə yerləşirdi.İki otaq bir eyvan və balacaaçıq balkondan ibarət qom ev dünyanın ən rahat yuvasıydı mənə görə..Geniş vəçoxlu bar verən nar ağacları olan həyətimiz,bir-iki baş heyvan və 10-15 qoyun saxlanan tövləmiz,evinarxasındakı təndir,ocaq yerimiz,pəncərənin önündə ətirli qızılgül kolları ...Anambütün yeməklərimizi ocaqda bişirərdi,təndirədə iri,uzun "pencəkəş” dediyi çörəkləri yapardı... Onda anamın üzü qıp-qırmızıolurdu təndirin istisindən,balaca qoğal kündəsini əlimə alıb mən də yapmaq istəyirdim,amma bacarmırdım..Təndirdən çıxan hərarət üz-gözümüqarsır,qorxumdam geri çəkilirdim!..Ocaq yeməyinin ,təndirin başında kəsdiyimiz çörəyindadından və ətrindən doymaq olmazdı!..Anamtəndirə də ocağa da elə evimizə də xüsusi qayğı göstərirdi..Qopan yerlərini "dəymişpalçıq”la suvayar,quruyandan sonra üstündən şirə çəkərdi..Deyirdi ki,beləolanda ömrü uzanır,bala,həm də səliqəli,səhmanlı görünür...Yemək bişirdiyiqazanın da altını qabaqcadan palçıqlayırdı ki,qarasını yumaq asan olsun...Eh,anam...anam...Pirkarqadın idi anam,onun gördüyü işləri hər qadın bacarmazdı..Dərziliyi,xalça,kilim,layvə palaz toxumağı əla bacarırdı,bizimlə yanaşı hələ qonşulara da paltar,pərdə vəsbiçib tikirdi.Hana uzadır,uzun qış gecələrində bacılarımla oturub xalça,kilimtoxuyurdu,ilmə vuranda barmaqlarını görmək olmazdı...!Bilənlər bilir,bu işlər hərikisi adamdan xüsusi istedad ,dizayn vermək,rəssamlıq bacarığı tələb edir...Anambunları hardan və necə öyrənmişdi,mat qalıram!Uşaqlıq vaxtı ölkənin savadsızlıq dövrünə düşdüyündən məktəb üzü görməyən ,adının da cəmi ikicə hərfiniyaza bilən bu qadında necə istedadlar vardı,İlahi!....Qonşular hər məsləhətəonun yanına gəlirdilər,saatlarla oturub şirin söhbət edən bu qadınlar ömrü boyuqeybət nədir bilmədilər!..

Atamı çox erkən itirmişdik,mənim onda cəmialtı yaşım vardı...Anamın ümidinə qalmışdıq,bütün çətinliklərə kürəyini verənbu qadın bizə əla təhsil verdi,yetimliyimizi hiss eləməyimizə imkan vermədi...Yadımdadı,birdəfə məktəbdən gəlib soruşdum ki,ana,atam yoxdu,deməli mən yetiməm,eləmi?Anamilan çalmış adam kimi yerindən dik atıldı,məni qucaqlayıb:

-Anasıolmayan yetim olur,bala,sən yetim deyilsən,çünki anan sağdı!!!Bir də beləfikirləşmə...dedi..Və əsas olan odur ki,mən buna inandım!...

Atamxəstə olan zaman onun bütün istək və arzusunu yerinə yetirməyə çalışırdı,indi həmkişi, həm də qadın işi onun üzərinə düşmüşdü,amma bir dəfə də gileyləndiyinigörmədim ..anam gündüzlər çöldən ot da toplayır,həyətdə taya qoyur,başaq dayığır,heyvan-qara da becərirdi,gecə də paltar tikir,hana toxuyurdu...

...Tutdandanışırdım axı...İri gövdəli,nəhəng ağac idi,bir qolu evimizin üstünü çətirkimi örtmüşdü.Yuxarıdan istiqamətini dəyişib köndələn böyüyən şah budağınınbirindən yelləncək asmışdım,doya-doya yellənirdim!Qonşu qızlar da yığışıb gəlirdi,səs-küyhəyətimizi başına götürürdü...amma onlara yelləncəyə minməyə imkan vermirdim....Çoxdanxəstə yatan atamı şəhərə aparmış,lakin ümidsiz halada geri qaytarmışdılar,onaağır şiş diaqnozu qoyan həkimlər:

Aparınevə,nə yaşayar..yaşayar...-deyib geri qaytarmışdılar.Atam özü də bunu hiss ediramma əyilmirdi.

Dəmirçarpayısını həyətə,şahtutun altına qoydurmuşdu,gündüzlər orda uzanır,bizi kənardanseyr edirdi...Allah bilir bu vaxt ürəyindən nələr keçirmiş!...Ədalətli adam idideyə mənim qızları yelləncəyə yaxın qoymamağım diqqətindən qaçmamışdı,zəif səslə,bala,dedi,qoy o uşaqlar da yellənsin...

Şahtuthəm də bizim çörək ağacımız idi,yediyimizi yeyər,artığını da anam iki gündənbir çırpıb çuğun vedrə və göycələrə dolduraraq Əli Bayramlı,indiki Şirvan şəhərinəsatmağa aparardı.O zaman bu fəhlə şəhəri sürətlə inkişaf edir,üç və beş mərtəbəlibinalar tikilən yeni-Təzə Şəhər salınırdı...Zavodlarda işləyənlər məhz burdaevlə təmin edilirdi,burda yeni həyat başlamışdı.....Anam da tutu birbaş binaların həyətinə aparıb oradasatırdı!..Anamı görən kimi sakinlər tökülüb gəlirdi..Tut banka ilə satılırdı,alanlaryenə də istəyir,növbəti gəlişi gözləyirdilər.Bir dəfə anama dedim,məni də özüyləapardı,bu mənim kəndimizdən qırağa ilk çıxışım idi!...Həm də anamın hansı zəhmətvə əziyyətlə 10-12 qab tutu evdən şəhərə gətirməyinin şahidi oldum o gün...

...Tutyetişməyə başlayanda həyətə bir quş uçub gəlirdi,görünmürdü,hardasa oturuboxuyurdu...İki hecalı söz deyirdi,anam onda çox sevinirdi,deyirdi ki,bu "Tutdəyquşudu”,oxuduğu mahnıda da Tut,dəy...,(yəni Tut,yetiş)söyləyir...Quş beləoxuyanda anam əmin olurdu ki,bu il tut yaxşı gedəcək!..Amma bir az keçirdi,quşbaşqa mahnı oxumağa başlayırdı,özü də hirslə,qəzəblə deyirdi sözləri..Üç hecalıbu mahnı anamın xoşuna gəlmirdi,deyirdi ki,bu tut haçan yeyildi ki,indi zibilolsun!?...Daş götürüb quşu həyətdən qovlayırdı...ta ki,quş birinci mahnısınıoxuyanacan....Elə bil bazarda qiyməti bu gözə görünməz quş tənzimləyirdi!..Hərhalda anam buna inanırdı,inam isə çox şey deməkdi...

...Sonrabiz böyüdük...ardıyca evimiz də böyüdü...Sonra hərəmizin öz evimiz oldu...Birgün qocaman ağacın bir şaxəsi qopub yerə gəldi,amma kökü ayaqdaqaldı,qurumadı,yıxılmadı...Təzə şaxələr verib gələcəyə qovuşdu!..

Ps.:Ogün anamgildən salmışdım yolumu...Nəvə-nəticələri dor tutub tutçırpırdılar..Bir qab da mənə düşdü..yedikcə anamı bir də yad etdim...

TUTAĞACI

Birzamanlar budaq-budaq gəzdiyim,

Tutağacı,səndə izim dururmu?

Böyüklərinincidiyi,bezdiyi

Şıltaqlığım,dəcəlliyimdururmu?..

Torpağımınbəkəti,neməti,

Baharçağı ağzımızın ləzzəti.

Acolanda dizlərimin taqəti

Oyaxmacım,şor çörəyim dururmu?..

Yadındamıo gizlənpaç oyunu,

Yarpaqlarıngizləıyərdi boyumu..

İtirmərəmmən o "haqqı sayını”

De,zər-xarabürüncəyim dururmu?..

Ozaman ki,atam,anam sağ idi.

Günlərimizbaşdan başa ağ idi..

Uşaqidim,kef damağım çağ idi,

Qəmdənuzaq ayım,ilim dururmu?..

Yadındamısənlə çörək kəsdiyim..

Hirslənəndəcığallığım,tərsdiyim.

Öz əlimlətovladığım,asdığım,

Şahbudaqda yelləncəyim dururmu?..

Çətrinörtən o balaca evimiz,

Arxaslndatəndir,ocaq yerimiz...

Qızılinək,qoyun-quzu,tövləmiz..

Pəncərəmdəqızılgülüm dururmu?..

Tutağacə,səndən üzüm xəcildi,

Əhvalınıbiləmmirəm heç indi..

Deyirlərki,könlün olub gileyli,

Söruşursan,Şahnazbalam dururmu...?

2019