adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Oktyabr 2019 10:09
26604
SİYASƏT

Türkiyənin növbəti Suriya həmləsi

ABŞ prezidenti DonaldTrampla onun Türkiyəli həmkarı R.T.Ərdoğan arsında dünən keçirilmiş telefonsöhbətindən sonra Suriya məsələsi yenidən dünya KİV-lərinin bir nömrəlimövzusuna çevrilib. Həmin telefon söhbətində Tramp türk odrusunun Suriyanınşimal-şərq bölgəsində hərbi əməliyyatlar aparmasına yaşıl işıq yandırıb.Məlumdur ki, həmin bölgə hazırda PKK-nın Suriya qolu hesab olunan PYD-YPGsilahlılarının nəzarəti altındadır.

Trampın Türkiyəyəyönəlik bu jesti həm ABŞ, həm də bir çox Avropa ölkələrnin siyasətçiləritərəfindən sərt təpkiylə qarşılandı. ABŞ Konqresi Nümayəndələr palatasının Demokratlarvə Respublikaçılar partiyasından olan üzvüləri, eləcə də bəzi senatorlar qərarasərt təpki göstərərək Türkiyəni ağır sanksiyalarla, hətta NATO-dan qovmaqla hədələdilər.

Ötən presidentseçkilərində Trampa məğlub olmuş H. Klinton da məsələyə dərhal reaksiya veribvə bu razılaşmanı xəyanət kimi dəyərləndiib. Ölkənin BMT-dəki keçmişnümayəndəsi Nikki Haley isə baltanı lap kökündən vurub. O, Tvitter hesabındanyazıb: "Əgər müttəfiqlərimizin arxamızda olmasını istəyiriksə, hər zaman özümüzonların arxasında olmalıyıq. Kürdlər Suriyada İSİD-ə qarşı etibarlıtərəfdaşımızdır. Onları ölümə tərk etmək böyük bir səhvdir.” Daha sonra xanımHaley ölkəsinin strateji partnyoru və NATO üzvü olan bir dövlət haqqında elə-beləcədə deyib: "Türkiyə bizim dostumuz deyil”.

Bütün bu təpkilərəbaxmayaraq Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada qərarının qəti olduğunubildirən Tramp bəzi detalları da açıqlayıb: "Ərdoğanın nəzərinə çatdırdım ki,hər kəsə sayğıyla yanaşmaq lazımdır… Bölgədə 50 Amerika əsgəri var və hazırdaonlar geri çəkilməkdədir… Problemlərdən qaçmaq üçün Ərdoğanı bizimkilərə zərərvurmaqdan çəkinməyə çağırdım… və s.

Tramp daha sonrabildirib ki, razılaşmaya əsasən İSİD yaraqlıları və onların qaçqın düşərgələrindəsaxlanılan ailə üzvüləriylə bağlı məsələlərin həlli də Türkiyənin boynunaqoyulub. Bu isə zahirən asan görünsə də, olduqca qəliz bir problemdir. Məsələburasındadır ki, hazırda PYD-YPG-nin nəzarəti altında olan bölgədəkihəbsxanalarda 10 mindən çox İSİD-çi saxlanılır. Onların, eləcə də döyüşlərdəölmüş xeyli sayda İSİD-çinin ailə üzvülərisə Suriya-Türkiyə - İraqsərhədlərinin kəsişdiyi nöqtədə yerləşən Əl Hol düşərgəsində yerləşdirilb. Dustaqlarınvə həmin düşərgədə saxlanılan arvad-uşağın maddi təminatı ABŞ-ın üzərindədir.Etiraf etmək lazımdır ki, bu çox ağır yükdür. Həm də təkcə maddi təminatməsələsinə görə yox. On minlərlə dustaq və sayı həmin rəqəmlərdən bəlkə də birneçə dəfə çox olan insanların sonrakı taleyi neçə olacaq? Nə qədər qəribə səslənsədə İSİD sıralarına qoşulan silahlıların əksəriyyəti ora Rusiya və Avropaölkələrindən gedib və indi həmin ölkələrin rəsmiləri öz keçmiş vətəndaşlarınıngeri qayıtmalarına icazə verməyəcəklərini bildiriblər.

Tramp-Ərdoğanrazılaşmasından sonra Türkiyənin hansı addımlar atacağı indi ən çox müzakirəolunan mövzulardan biridir. Məlumdur ki, öz təhlükəsizliyinə ciddi təhlükələrdəndolayı PYD-YPG yaraqlılarına qarşı belə bir əməliyyat aparmaq fürsətini Türkiyəçoxdan gözləyirdi. Amma müşahidəçilər vəziyyətin o qədər də sadə olmadığıqənaətindədir. Özü də problem təkcə həm ABŞ- ın, həm də Avropanın ən müxtəlif dairələrindən(hətta son illər məhz Suriya mövzusunda Türkiyə ilə xeyli yaxınlaşmış İranın dabu müdaxilənin əleyhinə olduğunu bura əlavə etsək) saatbasaat artan təpgilərdədeyil. Problem dünyanın ən güclü ordularından biri olan Türkiyə ordusunungücündə, yəni bunun öhdəsindən gəlib-gəlməyəcəyində də deyil. Problem ondadır ki, razılaşma Amerika əsgərlərinin ölkədəntamamilə çıxarılmasını yox, sadəcə, onların bir az cənuba doğru çəkilməkləTürkiyənin sərhədlərindən uzaqlaşdırılmasını nəzərdə tutur. Yəni, PYD-YPG yenədə ABŞ-ın dəstəyiylə bölgədə at oynatmaqda və Türkiyənin ərazi bötövlüyünətəhlükə törətməkdə davam edəcək. Elə Trampın özünün də son açıqlamaları göstərirki, Ağ Evin bu terror təşkilatına münasibəti zərrə qədər dəyişməyib. Tramp hələtəxminən bir il əvvəl Ərdoğanla olan telefon danışıqlarının birində Amerikaəsgərlərini bölgədən tamamilə çıxaracağını (oxu: PYD-YPG-yə dəstəyiniçəkəcəyini) bildirsə də, həmin vədinə əməl etməyə tələsmir.

Dediyimiz kimi, eləindi də həmin əsgərlərin bölgədən tamamilə çəkilməsindən söhbət getmir. Aydındırki, olduqca məhdud sayda əsgər PYD-YPG-nin gücünə güc qatmaqnaminə saxlanılmır. Onlar bir növ terroçuları mühafizə edən canlı divar rolunuoynayırlar. Ərdoğanın bütün populist demarşlarına rəğmən Türkiyənin hətta birneçə ABŞ əsgərinin olduğu əraziyə hücum edəcək qədər güc və cəsarət sahibi olmadığınıokeanın o tayında da yaxşı anlayırlar.

Hələlik, PYD-YPG-ninəlindəki Menbiçin taleyinin necə olacağı ilə bağlı da bir aydınlıq yoxdur.

Başqa bir problemRusiya ilə bağlıdır. Türkiyə son illər Astana formatı çərçivəsində İranlayanaşı Suriya ilə xeyli yaxınlaşmışdı. Yuxarıda dediyimiz kimi İran bumüdaxilənin əleyhinə olsa da, Rusiya hələ ki öz susqunluğunu qoruyub saxlayır.Əvəzində, Türkiyənin əməliyyatda iştirakına Rusiyanın əl buyruqçusu olan rəsmi Suriyada çox isti yanaşmır, bunu öz ərazi bütövlüyünə təhlükə sayır. Görünür,Ərdoğanın son dövrlər Suriyaya yönəlik siyasətində ciddi dəyişikliklərolmasına, bu ölkənin ərazi bütövlüyünü və Əsəd rejiminin legitimliyini tanımasınadair verddiyi çoxsaylı bəyanatlara baxmayaraq, Bəşər Əsəd münaqişənin ilkillərində tutduğu mövqeyə görə hələ də onunla barışmaq fikrində deyil.

Məlumdur ki, hazırdaFəratın qərbində yerləşən İdilibdə türk əsgərləri müşahidəçilik missiyasınıyerinə yetirir. Bu mandat türk əsgərinə məhz Astana-Soçi anlaşması çərçivəsindəverilib. Ancaq son vaxtlar İdilibi bütünlüklə öz nəzarəti altına alan B. Əsədəbağlı Suriya ordusu həmin müşahidə məntəqələrindən birini mühasirə altındasaxlamaqda davam edir. Bu fakt onu göstərir ki, rəsmi Dəməşq Türkiyənin həttaRusiya və İran kimi öz sadiq müttəfiqləriylə birgə atdığı addımlara da istiyanaşmır.

Hərçənd, türk ordusu istərFərat Qalxanı, istərsə də Afrində keçirdiyi əməliyyatlarda Rusiya və Suriyaordusuyla əlaqəli hərəkət eləmiş və B. Əsəd də bundan xeyli faydalanmışdı.Hələb şəhərini məhz Fərat Qalxanı, Dəməşqin ətrafındakı bəzi kəndlərisə Afrinəməliyyatları vaxtı geri almışdı. Yəni, Türkiyənin keçirdiyi əməliyyatlar sonnəticədə Əsəd hökumətinin xeyrinə olsa da onun antitürk mövqeyiniyumşaltmamışdı.

Türkiyəni bu qovğadabaşqa bir çətinliyi yenə də İSİD-lə bağlıdır. Bu dəfə artıq həbsxanada olan vəonların düşərgələrdə yerləşdirilmiş ailə üzvüləriylə yox, hazırda marığaçəkilmiş İSİD döyüşçüləriylə. İSİD-çilər hələ də tam şəkildə məğlubedilməyiblər və müxtəlif qruplar halında həmin bölgədə dolaşmaqdadırlar. Yəqinki, aktiv hərbi əməliyyatlar onları da öz mövcud imkanları daxilindəfəallaşdıracaq və əlavə başağrısına səbəb olacaq. Bir sözlə, rəsmi Anqaranınçoxdan ABŞ-dan gözlədiyi razılığı alması onu hansı perspektivlə üzləşdirəcəyiniindidən söyləmək çətindir.

Bəs, bu müdaxilədənsonra hərbi əməliyyatlardan daha ağır olacaq diplomatik savaş meydanında Türkiyənihansı sürprizlər gözləyir? Embarqolar, sanksiyalar barədə deyilənlərgerçəkləşəcəkmi? Ümumiyyətlə, türk hökuməti ölkənin ərazi bütövlüyünə böyüktəhlükə olan PKK-nı, onun Suriya qolu sayılan PYD-YPG-ni tam şəkildəzərərsizləşdirmək üçün nə vaxtsa öz strateji müttəfiqlərinin dəstəyinə nail olabiləcəkmi? İndi bu suallara birmənalı cavab vermək mümkün deyil. İndi əsas məsələodur ki, qarşıdakı hərbi müdaxilə uğurla sona çatsın, proses hansısa bataqlığailişib qalmasın.

P.S.Məlumdur ki, türk ordusu bu əməliyyatı təkbaşına yapmayacaq.Fərat Qalxanı və Zeytun Dalı əməliyyatlarında olduğu kimi ön sırada Azad SuriyaOrdusu yer alacaq, türk əsgərlərisə onlara dəstək olacaq.Artıq həmin ordununəsgərləri Şanlı Urfanın Akçaqalailçəsinə gəlməyə başlayıblar. Yerli informasiya agentliklərinin məlumatlarınagörə məqsədi Bəşər Əsəd rejimini devirmək olan həmin qurumun ümumilikdə 14 minəsgərinin bu əməliyyatda iştirakı nəzərdə tutulur. Türkiyə prezident aparatınınrəsmisi Fəxrəddin Altun isə öz Tvitter hesabından yazıb ki, qısa zaman ərzində Türkiyəordusu ASO əsgərləriylə birlikdə Türkiyə-Suriya sərhəddini keçəcəklər.


ANALİTİK XİDMƏT