adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Oktyabr 2019 17:54
9352
GÜNDƏM

Türkiyənin gerçək dostları!

Qərb ölkələri Türkiyəninbaşlatdığı "BarışPınarı” hərəkatının əleyhinə açıqlamalar verdiyi bir vaxtda türkdillidövlətlərdən Ankaraya ciddi dəstək gəldi.

Azərbaycandabaş tutan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIIZirvə Görüşündə Türkiyəyə dəstəkbildirildi.

Azərbaycan prezidenti İlham Əliyevinev sahibliyi keçirilən görüşdə Türkiyə prezidenti R.T.Ərdoğan, Qazaxıstanınqurucu prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti SoronbayCeenbekov və Özbəkistan prezidenti Şövkət Mirzoyev iştirak etdi.

Şuranın müşahidəçi üzvü olanMacarıstanın baş naziri Viktor Orban ilə quruma üzv olmasa da fəaliyyətdədəstək olan Türkmənistanın baş naziri Pürli Ağamuradov da tədbirdə iştiraketdi.

Görüşün sonun qəbul edilən vəiştirakçıların imzaladığı bildirişdə bu ifadələr yer aldı:

"Şura Türkiyənin "Barış Pınarı”hərəkatının terrorizmlə mübarizəyə, Suriyanın torpaq bütövlüyünün bərqərarolmasına, suriyalıların terroristlərin zülmündən xilas olmasına və qaçqın düşənsuriyalıların güvənli şəkildə ana vətənlərinə qayıtması üçün şəraitinyaradılmasına kömək edəcəyinə inanır və ümid edir”.