Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanla münasibətlərin normallaşması şərtini açıqlayıb.
Adalet.az-ın "Haber Global"a istinadən xəbər verir ki, Hakan Fidan bu barədə Türkiyə Böyük Millət Məclisinin Planlaşdırma və Büdcə Komissiyasında millət vəkillərinin suallarını cavablandırarkən bildirib.
O, Ermənistanla normallaşma ilə bağlı Türkiyənin dəfələrlə bəyan edilmiş bir siyasi xəttinin olduğunu qeyd edib.
"Azərbaycan və Ermənistan yekun sülh sazişini imzaladıqları zaman Ermənistanla münasibətləri normallaşdırmağa hazırıq", - deyə Hakan Fidan vurğulayıb.
Digər Xəbərlər
19 Noyabr 2025 11:40
Elçin Əmirbəyov Efiopiyada görüşlər keçirdi - FOTO
19 Noyabr 2025 11:39
Spiker: Azərbaycan iqtisadi müstəqilliyini daha da gücləndirib
19 Noyabr 2025 11:39
Azərbaycan müstəqilliyini daxili resurslarla təmin edib - Deputat
19 Noyabr 2025 11:38


Bakı -°C

