Türkiyənin daxili işlər naziri: "Kahramanmaraşda 110 681 bina tikiləcək"
"Kahramanmaraşda 110 681 bina tikiləcək".
Adalet.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bu gün Kahramanmaraşda səfərdə olarkən deyib.
Nazir bildirib ki, onların əsas məqsədi müvəqqəti sığınacaq mərkəzlərində qalan vətəndaşları konteynerlərə aparmaq və daimi yaşayış yerləri ilə təmin etməkdir.
Kahramanmaraşda zərərin qiymətləndirilməsi işlərinin tamamlandığını qeyd edən Yerlikaya 6 fevralda baş verən 100 illik fəlakətdən 125 gün keçdiyini vurğulayıb:
"O gündən bu yana görülən işləri araşdırmaq üçün buradayıq. Koordinasiya toplantımızı keçirdik. Kahramanmaraşda zərərin qiymətləndirilməsi işləri artıq tamamlanıb. Ziyan dəymiş ümumi 558 219 bina sökülüb. Növbəti 4 ay ərzində isə ağır ziyan dəymiş 29 601 binanın söküntüsü tamamlanmalıdır".
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub./report
Digər Xəbərlər
28 Mart 2026 13:49
Şahbaz Şərif və Məsud Pezeşkian telefonla danışıb
28 Mart 2026 11:17
“Onların heç bir qırmızı xətti yoxdur...”
28 Mart 2026 10:14
İran Xameneinin yoxa çıxmasını belə izah etdi
27 Mart 2026 19:00
Rusiya yeraltı müharibəyə hazırlaşır - ŞOK İDDİA
27 Mart 2026 18:51
ABŞ bazalarının koordinatlarını hamı bilir - Lavrov
27 Mart 2026 18:21
“İraqdakı kimi rejimi bəhanə edib İslamın tarixini silməyə yönəlmiş bütün növ fəaliyyət...”
27 Mart 2026 18:09
"İrana zərbələr gücləndiriləcək" - İsrailin müdafiə naziri
27 Mart 2026 16:00


Bakı -°C

