adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Fevral 2018 17:14
10575
DÜNYA

Türkiyənin 2 pilotu Afrində şəhid oldu

Xəbər verdiyimiz kimi Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyəyə məxsus hərbi helikopter vurulub.

Adalet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Afrində vurulan helikopterin hər iki pilotu şəhid olub. Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.