Türkiyəli aktyorlar Ermənistana gedəcək
Türkiyənin Bursa şəhərinin Nilufər rayon bələdiyyə teatrının kollektivi Ermənistana qastrola hazırlaşır.
Adalet.az APA-ya istinadən xəbər verir ki, teatr erməni yazar Akop Baronyanın "Şərq dişçisi" adlı əsərini səhnələşdirəcək.
Azərbaycanın Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Türkiyənin Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİM-DER) bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Nilufər bələdiyyə teatrının Ermənistana turneyə çıxması Türkiyədə və Azərbaycanda hiddət və etirazla qarşılanıb: "Azərbaycan torpağı olan Qarabağın işğalı davam edərkən və bu səbəbdən Türkiyə Ermənistanla sərhədlərini bağlı saxlayarkənBursanın Nilufər bələdiyyəsi teatrının Ermənistana getməsi yolverilməzdir".
Bəyanatda qeyd olunur ki, bu kimi tədbirlər Türkiyə və Azərbaycan münasibətlərinə xələl gətirə bilər.
Digər Xəbərlər
01 May 2024 11:14
Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib
01 May 2024 11:12Aktrisa: “Dedilər ki, teatr aktyoru olma”
29 Aprel 2024 14:57İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52