adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Noyabr 2017 12:30
17503
DÜNYA

Türkiyədən Rza Zərrab açıqlaması: Hədəf Ərdoğandır

"Rza Zərrab üzləşdiyi təzyiqlərə görə etirafçı olub”.

Adalet.az-ın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş nazirinin müavini Bəkir Bozdağ bildirib.

"ABŞ-da Rza Zərrabla bağlı məhkəmə prosesi başlayır. Rza Zərrab təzyiqlə etirafçı olub. Eyni zamanda Türkiyənin ana müxalifət partiyasının lideriKamal Kılıçdaroğluprezidenti, yaxınlarını, ailəsini qaralayan kampaniya başladıb. Bu kampaniya Nyu-Yorkda da aparılır. İkisinin də hədəfində Türkiyə, prezidentRəcəb Tayyib Ərdoğanvar. Onlar Kılıçdaroğlu kimi kukla lider istəyirlər”, - Bozdağ bildirib.