adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Dekabr 2016 22:30
10225
SİYASƏT

Türkiyədən ABŞ-a xəbərdarlıq

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın terror qruplaşmalarına silah ötürməsi bağlı açıqlama yayıb.

Adalet.az xəbər verir ki, rəsmi Ankara "Suriyalı müxaliflər” adı altında terrorçuların silahlandırılmasını əsla qəbul etmədiyini bildirib.

"Məsələ ilə bağlı həssaslığımız yenidən xatırladıldı. Türkiyəni hədəf alan terror qruplaşmalarına silah verməyin”, - bəyanatda bildirilib.

Qeyd edək ki, ABŞ hərbi dairələrinin Suriyada fəaliyyət göstərən radikal qruplaşmalara yenidən silah ötürməsi barədə məlumatlar yayılıb.