29 Iyun 2025 09:34
661
DÜNYA

Türkiyədə zəlzələ oldu

Türkiyənin Aralıq dənizində 3,7 bal gücündə zəlzələ baş verib.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

AFAD Aralıq dənizində 3,7 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb. Zəlzələnin saat 05:49-da qeydə alındığı və 7 km dərinlikdə baş verdiyi müəyyən edilib.

AFAD-ın məlumatına görə, Aralıq dənizində baş verən zəlzələnin episentri dənizin altında olub və yerli vaxtla səhər saatlarında hiss edilib.