adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Iyul 2017 22:50
3089
HADİSƏ

Türkiyədə yenidən zəlzələ baş verib

Türkiyədə Egey dənizinin sahillərində 5,0 bal gücündə zəlzələ baş verib.

Adalet.az APA-ya istinadən xəbər verir ki, yerli vaxtla saat 20:09-da qeydə alınan yeraltı təkanların episentri Muğla vilayətinin Datça rayonu yaxınlığında yerləşib.Qeyd edək ki, ötən gecə Egey dənizi sahillərində baş verən 6,7 ballıq zəlzələ nəticəsində 70-dək Türkiyə, 100-dən artıq Yunanıstan vətəndaşı xəsarət alıb.