28 May 2023 23:58
401
DÜNYA

Türkiyə MSK açıqladı: Ərdoğan prezident seçildi - YENİLƏNİB

Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener seçkilərin nəticələrinə dair açıqlama verib.

Adalet.az xəbər verir ki, o, hazırki ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirib. Yener hazırki nəticələrin müvəqqəti olduğunu, lakin hələ sayılmayan səslərin nəticəyə təsir etməyəcəyini vurğulayıb.

 

 

***

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,54 faizi açılıb.

Adalet.az xəbər verir ki, hazırki prezident Rəcəb Tayyib Ərdoğan səslərin 52.11%-ni toplayıb. 

Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 47.89% səslə məğlub olub. 

Qeyd edək ki, namizədlər arasındakı səs fərqi 2.223.548-dir. Sona doğru Ərdoğanın səslərində yenidən artım müşahidə edilir. 

***

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,02 faizi açılıb.

Adalet.az xəbər verir ki, Cümhur İttifaqının namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan seçicilərin 52.08%-nin, Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 47.92%-nin səsini qazanıb.

Qeyd edək ki, namizədlər arasındakı səs fərqi 2.172.020-dir. 

***

Xəbər verdiyimiz kimi, Türkiyədə prezident seçkilərinin ikinci turundan sonra səslərin sayımına başlanılıb. 

Adalet.az xəbər verir ki, hazırda 197 874 sandığın 98,06 faizi açılıb. 

İlkin nəticələrə görə, "Cümhur İttifaqı"nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan səslərin 52,12 faizini toplayıb. "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlu isə 47,88 faiz səslə ikincidir. 

Namizədlər arasındakı səs fərqi 2.182.245-dir. 

***20:37

Xəbər verdiyimiz kimi, Türkiyədə prezident seçkilərinin ikinci turundan sonra səslərin sayımına başlanılıb. 

Adalet.az xəbər verir ki, hazırda 197 874 sandığın 96,01 faizi açılıb. 

İlkin nəticələrə görə, "Cümhur İttifaqı"nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan səslərin 52,28 faizini toplayıb. "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlu isə 47,72 faiz səslə ikincidir. 

Namizədlər arasındakı səs fərqi 2.295.894-dir. 

***20:28

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 94,11 faizi açılıb.

Adalet.az xəbər verir ki, Cümhur İttifaqının namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan seçicilərin 52.43%-nin, Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 47.57%-nin səsini qazanıb.

Qeyd edək ki, namizədlər arasındakı səs fərqi 2.396.891-dir.

 

***

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 91,55 faizi sayılıb.

Adalet.az  “Haber Globala” xəbər verir ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,61 faiz səslə öndədir.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu isə 47,39 faiz səs toplayıb.

İki namizəd arasında 2,6 milyondan çox səs fərqi var.

 

***

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 82,64 faizi sayılıb.

Adalet.az “Haber Globala” xəbər verir ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 53,41 faiz səslə öndədir.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu isə 46,59 faiz səs toplayıb.

 

***

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində səsvermə bülletenlərinin 55 faizi sayılıb.

Adalet.az “Haber Global”a istinadən xəbər verir ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 55,80 faiz səslə öndədir.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 44,20 faiz səs toplayıb.

***

19:23

Türkiyə Yüksək Seçim Qurumu seçkilərin ilkin nəticələrinin yayımlanması ilə bağlı qadağanı aradan qaldırdıqdan sonra səsvermənin nəticələri açıqlanmağa başlayıb.

Adalet.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, ilkin nəticələr belədir: Rəcəb Tayyib Ərdoğan 57,09 faiz, Kemal Kılıçdaroğlu 42,91 faiz səs.

İndiyədək seçki qutularının 42,78 faizi açılıb. Səslərin sayılması prosesi davam edir.

***

19:05

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Bu barədə Adalet.az "Yeni Şafak" nəşrinə istinadən xəbər verir.

Belə ki, səsvermə bülletenlərinin 6,9 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 61,90 faiz səs qazanıb.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 38,1 faiz səs toplayıb.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.

Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparıb. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.