adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 Avqust 2015 11:25
6264
DÜNYA

Türkiyədə polisə növbəti hücum

Türkiyənin Van vilayətində bir qrup PKK silahlısı Jandarma Komandanlığı və polis bölməsinə hücum edib.

Adalet.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hücum yerli vaxtla 20.30 radələrində Jandarma Komandanlığını və 1 kilometr aralıda yerləşən polis idarəsini eyni vaxtda atəşə tutublar.

Məlumata əsasən, hücuma dərhal cavab verilib. İlkin məlumatlara görə, 2 PKK terrorçusu məhv edilib, 1-i yaralanıb. Qaranlıqdan istifadə edib qaçmağa müvəffəq olan digər terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyatlar davam edir.