Türkiyədə martın 2-dən məktəblər açılır
Türkiyədə martın 2-dən etibarən bəzi məhdudiyyətlərlə məktəblərdə üz-üzə dərslər bərpa olunur.
Adalet.az-ın məlumatına görə, bu barədə ölkənin Milli Təhsil Nazirliyinin təlimatında deyilir.
Qeyd olunur ki, ibtidai siniflərdə dərslər bir sinif üçün həftədə 2 gün ümumilikdə 12 saatı keçməməklə baş tutacaq.
Orta məktəb və liseyin son sinifləri hesab olunan 8 və 12-ci siniflərdə dərslər bərpa olunur. 8-ci siniflərdə həftədə 22 saat, 12-ci siniflərd həftədə 24 saat dərs keçiriləcək.
Qeyd edək ki, Türkiyədə kənd məktəbləri fevralın 15-dən dərslərə başlayıb.
Digər Xəbərlər
06 May 2024 10:06
Türkiyə XİN: “İsrail və İran arasındakı gərginlik müharibənin xəbərçisi olacaq”
06 May 2024 09:59İsrail ordusu Rəfahda əməliyyata başladı
06 May 2024 09:52"Makron mağara rusofobudur"
06 May 2024 09:18Moskva Zelenskini axtarışa verdi...?
06 May 2024 09:15