adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 May 2024 09:18
280
DÜNYA

Moskva Zelenskini axtarışa verdi...?

 Rusiyanın daxili işlər nazirliyi, Ukrayna prezidenti Vladimir Zelenski barədə axtarış elan edib. Bu barədə nazirliyin saytında məlumat verilib.

 "25. 01. 1978-ci il təvəllüdlü Vladimir Aleksandroviç Zelenski RF CM-nin maddəsiylə axtarılır"- deyə nazirliyin bazasında onun barəsində açılan vərəqdə bildirilir.

  Ukrayna prezidrntinin RF-sı Cinayət Məcəlləsinin hansı maddəsiylə axtarışa verildiyi açıqlanmır.

  RF -sı daxili işlər nazirliyi, eyni zamanda Ukraynanın eks maliyyə naziri Aleksandr Şlapak  və eks milli bankının rəhbəri Stepan Kubiva barəsində də axtarış elan edib. 

  Bundan başqa may ayının 2-də, Ukraynanın təhlükəsizlik xidmətinin keçmiş rəhbəri, Ali Radanın deputatı Valentina Nalivayçenko və Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Litvinenko barədə də axtarış qərarı verib.

  Maraqlıdır, Moskva barələrində axtarış etdikləri bu şəxsləri necə həbs edə biləcəklərini düşünürlər?

  Əslində Rusiya Daxili işlər nazirliyinin bu qərarları simvolik xarakter daşıya bilər,  və yaxud da, Ukrayna prezidenti  Volodimir Zelenskinin təqdim etdiyi "sülh formulasını " iyun ayında İsveçrədə müzakirə etməyə hazırlaşan dövlət rəhbərlərinə xəbərdarlıq mesajı kimi də qiymətləndirmək olar.

  Yəqin ki, Ukraynanın daxili işlər nazirliyi də yaxın günlərdə analoji qaydada Rusiya rəhbərlərinə qarşı axtarış elan edər.

    Rüstəm Hacıyev