adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Mart 2020 10:03
15721
DÜNYA

Türkiyədə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Türkiyədə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.

Bu barədə Səhiyyə naziri Fəhrəddin Qoca bildirib.

Nazir yoluxanların ümumi sayının 98 nəfərə çatdığını deyib:

"Bu gün 89 yaşında ilk xəstəmiz vəfat edib. O, Çində yoluxmuş bir xəstə ilə təmasda olub".

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun (COVID-19) yayılmasını pandemiya xəstəliyi elan edib. Dünyanın 150-dən çox ölkəsində 173 mindən çox insan artıq yoluxub, əksəriyyəti sağalıb, 7 mindən çox insan ölüb.